Ermənistan BMT konvensiyalarını pozur...
20.07.2023 [11:24]
Günel ABBAS
"Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ekoloji tarazlıqla bağlı məsələlərə toxunuldu: “Dövlətimizin başçısı müşavirədəki çıxışında Ermənistanın ölkəmizə vurduğu ziyanla bağlı fikirlərini bölüşdü. Bildirildi ki, həm Ermənistandakı müəssisələrin fəaliyyəti, həm də işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın kortəbii istismarı nəticəsində Azərbaycanın təbiəti böyük zərər çəkib. Ermənistanın ekoloji terroru nəticəsində 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları bu məsələ ilə bağlı BMT-yə və beynəlxalq ictimaiyyətə müraciət ediblər. Müraciəti imzalayanlardan biri kimi vurğulamaq istəyirəm ki, Ermənistanın dağ-mədən sənayesində istismarla bağlı qeyri-şəffaf və hesabatlılığı olmayan fəaliyyətinin davamlı inkişaf üçün yaratdığı təhlükə insanlara və ətraf mühitə böyük ziyan vurur”.
Bu barədə yeniazerbaycan.com-a Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
Onun sözlərinə görə, sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar bütün transsərhəd suları çirkləndirir: “Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora və faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir. Məsələnin hüquqi tərəfinə gəldikdə qeyd etməliyəm ki, Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

