Şimal-Cənub Dəhlizi - ölkələr və şirkətlər üçün cəlbedici marşrut
19.05.2023 [12:00]
Şimal-Cənub Dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər.
Müqayisələr apardıqda bəlli olur ki, Şimal-Cənub Dəhlizinin daşıma şirkətləri üçün üstünlükləri kifayət qədər çoxdur. Şimal-Cənub Dəhlizi təhlükəsizlik, məsafənin qısalığı, zaman itkisinin az olması, marşrutda yer alan ölkələrin koordinasiyalı fəaliyyəti, bütün dəhliz boyunca eyni optimal tariflər kimi çoxsaylı aktual məsələlərin bir məkanda həlli anlamına gəlir. Bu dəhliz yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, Şimal-Cənub Dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar. Bütün bu amillər də beynəlxalq səviyyədə Şimal-Cənub marşrutuna marağın artmasını şərtləndirir.
Ancaq zəruri infrastrukturun olmaması - İran ərazisində 170 kilometr məsafədə Rəşt-Astara dəmir yolu xəttinin inşasının gecikməsi artan tələbatı qarşılamağa və Şimal-Cənub Dəhlizinin funksionallığını yüksək səviyyədə təmin etməyə imkan vermir. Belə ki, Rusiyadan və Azərbaycandan dəmir yolu xətti ilə gələn yüklər İran ərazisində boşaldılaraq Rəşt-Astara (İran) arasındakı məsafədə TIR avtomobillərlə daşınır. Bu, həm daşıma xərclərini artırır, həm də zaman itkisinə səbəb olur.
İran ərazisində Rəşt-Astara dəmir yolunun inşası tamamlanarsa, bu kimi çətinliklər də aradan qalxacaq. Bəhs olunan infrastrukturun qurulması ilə Şimal-Cənub Dəhlizi tamamlanmış olacaq. Qeyd edək ki, Rəşt-Astara dəmir yolu Şimal-Cənub Dəhlizinin əsas hissəsini təşkil etməklə, Qəzvin-Rəşt dəmir yolunun davamıdır. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmizin ərazisindən daşınacaq. Mütəxəssislərin qənaəti belədir ki, Rəşt-Astara dəmir yolunun inşası tamamlandıqdan sonra Şimal-Cənub Dəhlizi ilə yük aşırmalarının həcmi əhəmiyyətli dərəcədə artacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

