Yaddaşımızda əbədi yaşayan liderimiz
09.05.2023 [11:30]
Hər bir tarixi hadisənin aparıcı qüvvəsi xalqdır. Xalqın istəyini reallaşdıran, arzularını gerçəkləşdirmək gücünə malik şəxsiyyət isə xalqın lideridir. Əbəs deyil ki, millətlərin və xalqların taleyində həlledici rol oynayan, xalqını və dövlətini xilas edən, millətini millətlər içində tanıdan liderlərin adı tarixin yaddaşında əbədi yaşayır. Tanrının seçilmiş bəndələri olan şəxsiyyətlər Ümummilli Lider, Böyük öndər, dahi, müdrik siyasətçi, millətin atası kimi statuslar qazanırlar: Ulu öndər, görkəmli dövlət xadimi və böyük strateq Heydər Əlirza oğlu Əliyev kimi!
Məlum olduğu kimi, 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin ilidir. Böyük Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə “Heydər Əliyev İli” dövlət səviyyəsində qeyd olunur. Əlbəttə, bu tarixi hadisəni şərtləndirən ölkə, dövlət əhəmiyyətli amillər mövcuddur.
Qüdrətli şəxsiyyətin istər Azərbaycana rəhbərliyinin birinci dövrünə, istərsə də ötən əsrin 90-cı illərindəki fəaliyyətinə nəzər salanda onun Vətən, Torpaq, Azərbaycançılıq ideologiyası naminə göstərdiyi misilsiz xidmətlərinin, fədakarlığının, həyata keçirdiyi fundamental daxili və xarici siyasətin şahidi oluruq:
- Ulu öndərin yenidən hakimiyyətə qaydışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsindən xilas etdi
- Uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin qorunması kimi taleyüklü məsələni kökündən həll etdi
- Ölkəmizdə həyata keçirilən quruculuq işləri, neft sənayesinin inkişafı, sosial-iqtisadi strategiya rifahın, tərəqqinin əsasını qoydu
- Müdrik siyasəti sayəsində mümkünsüz sayılan ən çətin layihələri həyata keçirərək sarsılmaz bünövrəyə malik bir dövlət qurdu
Bugünkü Azərbaycan dövləti həmin fundamental bünövrənin üzərində daha da güclənərək inkişaf edir, Ulu Öndərin dediyi kimi, "Azərbaycan dünyaya günəş kimi doğur".
Dünyanın nüfuzlu siyasətçilərinin Ümummili Lider Heydər Əliyevi tarixi şəxsiyyətlərlə bir sırada şərh etməsi Heydər Əliyev şəxsiyyətinə beynəlxalq miqyasda verilən qiymətdir. Lakin ona ən böyük qiyməti, yolunda canını fəda etdiyi Azərbaycan xalqı və dövləti verdi: Ümummilli Lider, Ulu Öndər!
Yuxarıda qeyd olunduğu kimi, bu gün hansı sahədən, hansı uğurdan, hansı zəfərdən danışsaq, orda Heydər Əliyev izi, Heydər Əliyev siyasətinin bəhrəsi var. Azərbaycan adının dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzbəüz qalanda, Heydər Əliyev xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdanda DQ ərazisi erməni separatçıları tərəfindən işğal edilmiş, ölkə vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Dünya miqyasında siyasi reytinqi sıfıra bərabər olan, müstəqilliyini yenicə əldə edən bir ölkənin yalnız Heydər Əliyev kimi bir müdrik siyasətçiyə ehtiyacı vrdı. Belə bir tarixi məqamda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın böyük şansı, Tanrının xalqımıza lütfi idi. O vaxtdan başlayaraq iqtisadi və siyasi platformalarda həyata keçirilən misilsiz layihələr Azərbaycanı bugünkü durumuna addım-addım yaxınlaşdırırdı...
Heydər Əliyev 100 minlərlə şəhidin qanı ilə suvarılmış Azərbaycan torpaqlarının bütövlüyünü qorumaq, milliyyətindən-dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək, xalqın sosial vəziyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanı dünya birliyinin tam hüquqlu üzvü etmək üçün uzun və çətin bir yola çıxdı. Bunu dərk edən xalq Azərbaycan dövlətçiliyini və müstəqilliyini qorumaq üçün ən çətin məqamlarda, dövlət çevrilişinə edilən cəhdlər zamanı öz liderinin çağırışına səs verib, dövlət-xalq həmrəyliyini qorudu, müdafiə etdi. 30 ilə yaxın keçən bu zaman kəsiyində qazanılan və qorunan hər bir dəyər birmənalı şəkildə əbədiyaşar liderimizin adı ilə bağlıdır. Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünya ictimaiyyətinin hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti adı tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhəsiz ki, xalq öz liderini tarixində və qəlbində əbədi yaşadacaq. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcəkdir.
Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət misilsiz xidmətləri ilə hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyev, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun həyata keçirə bilmədiyi idealları tarixə çevirir.
Fakt: Ulu Öndərin davamçısı 44 günlük savaşda Azərbaycan tarixinə ZƏFƏR yazdı. Tarixə qızıl hərflərlə yazılmış bu ZƏFƏR xalqın yaddaşında əbədi iz qoydu. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti, dünya azərbaycanlılarının lideri, qalib Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ötən ilin sentyabrında “Heydər Əliyev ili”ylə bağlı imzaladığı sərəncam həm də şərti xarakter daşıyır. Çünki ölməz liderin ideyaları və əməlləri hər hansı bir məhdudiyyət tanımır. Onun zamanı əbədiyyətə qədər davam edəcək. Necə ki, Ümummili Liderimiz özü də buna inanır və deyirdi: "Mən Azərbaycanda əbədi olacağam".
Afət Həsənova
Tibb üzrə fəlsəfə doktoru, dosent,
Yeni Azərbaycan Partiyasının üzvü, “Tərəqqi” medallı
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

