ABŞ mətbuatında Qərbi Azərbaycan qaçqınlarının taleyindən bəhs edilib
26.04.2023 [13:16]
Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında "Qərbi azərbaycanlı qaçqının taleyi" sərlövhəli məqalə dərc olunub.
Tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, bu gün çoxlarının xəbəri olmamasına rəğmən, keçmişdə İrəvan şəhərinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edib. 1897-ci ildə İrəvan quberniyasında 77 491 azərbaycanlı və 58 148 erməni yaşasa da, amansız etnik təmizləmə kampaniyasından sonra adı çəkilən şəhərdə hazırda erməni əhalisi üstünlük təşkil edir və bölgədə bir nəfər də azərbaycanlı qalmayıb.
Qeyd olunub ki, Qərbi Azərbaycan icması son günlər Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış “etnik təmizləmənin bəşəriyyətə qarşı cinayət olduğunu və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə öz torpaqlarına qayıdışının qanuni olduğunu” açıqladığı ictimai müraciətini dərc etdikdən sonra sözügedən mövzu xəbər saytlarında manşetə çevrilib. Eyni zamanda Azərbaycan parlamentində Qərbi azərbaycanlıların iddiaları ilə bağlı dinləmələr keçirildiyi də məqalədə diqqətə çatdırlıb.
İsrailli politoloq yazısında öz hekayəsini Qərb auditoriyası ilə bölüşən Qərbi Azərbaycan qaçqını, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə də isitinad edib: “Ermənistan monoetnik ölkədir. Ermənilər istəmirlər ki, onların yanında başqa millətlər, etnik qruplar yaşasın. Onlar nifrətlə etnik təmizləmə siyasəti aparırdılar. Atam kənd təsərrüfatı üzrə direktor köməkçisi işlədiyi məktəbdə rayon olimpiadasının qalibi olanda ermənilər etiraz etmişdilər: “Məgər erməni tələbə tapmadınız? Türk (azərbaycanlı) oğlanı niyə mükafatlandırmalıyıq?” Hər il aprelin 24-də ermənilər azərbaycanlıları qətlə yetirirdilər. Azərbaycanlılar ermənilər tərəfindən hər zaman sıxışdırılsa da, biz öz vətənimizdən ayrılmaq istəmirdik. Biz əsrlər boyu orada yaşadıq və geri dönəcəyik!”
Məqalədə həmçinin ermənilərin 1905-1906-cı illərdə də etnik təmizləmə siyasətinin ilk mərhələsini həyata keçirdikləri də diqqətə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2023/03/10/the-plight-of-a-western-azerbaijani-refugee/
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

