Böyük alimin auditoriyasına səyahət...
26.04.2023 [10:28]
Müəllimimin müəllimi...
Mir Cəlal müəllim gəlir!
Günel ABBASOVA
Çox vaxt hansısa bir yazını yazanda açar söz axtarmaqla bağlı müəyyən müddət düşünməli oluram. Ancaq xoşbəxtəm ki, hər zaman bir işıq ucu tapıram. 26 aprel Azərbaycan ziyalısı, müəllimlərin müəllimi Mir Cəlal Paşayevin doğum günüdür. Bu dəfə onunla bağlı yazmaq istəyirəm. Açığı, hiss edirəm ki, o ucalıqda bir alim haqda yazmaq üçün mütləq ki, onu real olaraq tanımalısan. Bu halda yazını hazırlamaq mənə olduqca çətin görünür.
Amma hər zaman inanmışam ki, çətinliklərin ardından bir aydınlıq gəlir. Mən də öz yazım üçün axtardığım aydınlığı universitet dəhlizində tapıram. Özümün də təhsil aldığım mətbuat tarixi kafedrasının müdiri, əziz müəllimim Cahangir Məmmədli mənə tərəf gəlir. Düşünürəm ki, bu həm də mənim hələ ki, rəngsiz olan fikirlərimi boyamaq üçün bir fürsətdir.
Müəllimimi salamlayır ona axtarışlarımdan danışıram. Adəti üzrə əlini çiynimə qoyaraq “sən artıq açar sözü tapmısan” deyir. Açar sözün önəmini də elə ilk kurslarda təhsil alanda Cahangir müəllimdən öyrənmişdim. Çantasından Mir Cəlal Paşayevin 115 illiyi münasibətilə hazırlanan məqalələrdən ibarət kitabı çıxarır və bir an fikrə gedərək mənə öz xatirələrindən danışır.
Mən də öz növbəmdə xatirələri dinləyərək keçmiçə səyahət edirəm. Xəyalımda ancaq ağ-qara rəngdə canlandıra bildiyim 1964-cü ili gənc, tələbə bir oğlanın gözü ilə izləyirəm...
... O günəşli, sevincli sentyabr səhərində hələ heç birini tanımadığım, üz-gözlərinə öyrəşmədiyim, adına ilk dəfə tələbə deyilən cavanlar arasında həzin bir uğultu qopur:
- Mir Cəlal müəllim gəlir! Bu uğultuda bir az sevinc var, bir az həyəcan var, bir az da təəccüb var. Elə bilirəm ən çox təəccüb edən yəqin ki, mənəm. Çünki ömrümdə ilk dəfəydi ki, yazıçı görürdüm, həm də xeyli əsərini oxuduğum, adına-sanına çoxdan bələd olduğum bir yazıçını görürdüm. Bəs bu cavanlar hardan tanıyırlar onu? Bilmirəm. Onun adını eşidən kimi “Bir gəncin manifesti”ni xatırlayıram. Bu romanın hər səhifəsinə bələdəm. Sinfimizdə hamının oxuduğu o romanın müəllifi indi qarşımdaydı və mən buna o gün çox çətinliklə inandım. Üzündə qəribə bir nur sezilirdi. Deyirdin, bu adam heç vaxt hirslənə bilməz. Elə bil çoxumuzda ömrümüzün mənası olan universitet arzusunu bir az da ucaltmaq üçün Tanrı, qəsdən ilk dəfə bizim auditoriyaya onu göndərmişdi. Bir-bir tanış oldu bizimlə. Kiminsə kənddən gəldiyini biləndə, dərhal harda qaldığını, yataqxanada yer ala bilib-bilmədiyini soruşurdu. Elə onun əsərlərinin əksəriyyəti kəndin-əsrlərlə qayğı və çətinliklərdə ömür sürən Azərbaycan kəndinin inkişaf yollarına həsr olunub. Mir Cəlal kəndin sosial qayğılarını, azadlıq yollarını, mədəniyyət problemlərini təkcə nəsrində ifadə ilə kifayətlənən yazıçılardan deyil, o özünün bütün fikir və düşüncələrini həm də bir ziyalı kimi Azərbaycan kəndinin inkişafına yönəltmişdi.
-Yaddaşım zəifləyib dedi, hamınızın adını hafizəmdə saxlaya bilməyəcəm, amma bir dəfə gördüyüm adamın üzünü heç vaxt unutmuram. Məni də özünüzə yoldaş bilin, bir-birimizdən öyrənəcəyik əgər yalnız mən öyrədəsi olsam, vay halımıza. Gərək elə tərpənəsiniz ki, yeri gələndə mən də sizdən bir şey öyrənim. Bu elm deyilən dərya o qədər böyükdür ki, insan ömrü boyu tələbə olmasa, bir şey öyrənə bilməz... Onun sözlərində bir doğmalıq, məhrəmlik vardı. Əsərlərində yaratdığı yaxşı adamlar, xeyirxah insanlar durdu gözümün qabağında və elə həmin gündən bu qənaətə gəldim ki, xalqa yanan, el-obanın qayğıları ilə yaşayan adamların yaddaşlara çökən obrazlarını yarada bilmək üçün sənətkar özü də onların səviyyəsində dayansın gərək. Mir Cəlal müəllim bəziləri kimi - auditoriyada bir cür, kənarda başqa cür olmadı. O, bizim ömrümüzdə, taleyimizdə həmişə müəllim kimi də yaşadı. Onda da fəxr edirdik, indi də fəxr edirik ki, bu yazıçı, bu sənətkarla uzun müddət ünsiyyətdə olmuşuq, ədəbiyyat nəzəriyyəsindən onun aydın, yaddaqalan mühazirələrinə qulaq asmışıq. Bir az keçəcək və bizə məlum olacaq ki, Azərbaycanın Bəxtiyar Vahabzadə, Anar, Elçin, Nəriman Həsənzadə kimi şairləri, yazıçıları filologiyamızın Ağamusa Axundov, Firudin Hüseynov, Qara Namazov, Nizami Cəfərov, Təhsin Mütəllibov, Abdulla Abbasov, Şamil Qurbanov... kimi neçə-neçə sayılıb seçilən alimləri onun tələbələri olub.
... Cahangir müəllimin köks ötürməsi ilə əli boş gedib, dolu gəldiyim bu səyahətdən geri qayıdır, yazımın artıq hazır olduğunu anlayıram...
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

