/ / Sahibə Qafarova: Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
Sahibə Qafarova: Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
14.04.2023 [15:40]
Ermənistan hakimiyyətinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də daxili işlərinə müdaxiləyə yönəlmiş ritorikasının güclənməsi ciddi narahatlıq doğurur.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Ermənistan götürdüyü öhdəliklərin əksinə olaraq hələ də öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam çıxarmayıb. Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbi qulluqçusu hələ də Azərbaycan ərazisindədir. Həmçinin Ermənistan Laçın yolundan minaların, hərbi texnikanın və silahların daşınması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində şəxsi heyətin rotasiyası, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının Ermənistana daşınması üçün istifadə edir.
Parlament sədri diqqətə çatdırıb ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 2022-ci il dekabrın 12-dən başlayaraq Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya məhz buna qarşı yönəlib. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır. Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 mindən çox nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin, humanitar yüklərin Laçın yolundan maneəsiz keçməsi sübut edir ki, Ermənistanın guya bu yolun bağlanması, qondarma “humanitar fəlakət” barədə iddiaları tamamilə əsassız və yalandır.
Sahibə Qafarova vurğulayıb ki, Laçın yolunun Ermənistan-Azərbaycan sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifi bu yolun istifadəsində şəffaflığı təmin edəcək. Lakin erməni tərəfi bunda maraqlı deyil və təklifi qəbul etmir. Həmçinin üçtərəfli Bəyanata uyğun olaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54

