İnsanın fəzanı fəth etməsindən 62 il ötdü
12.04.2023 [15:15]
12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür, bu tarix SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə təyin olunub. Bu günün keçirilməsinə səbəb isə 1961-ci ilin 12 aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Yuri Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.
Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya bu günəcən 32 ölkədən yüzlərlə kosmonavt uçub. Kosmosda hamıdan çox qalan da yenə rusiyalı kosmonavt Sergey Avdeyev olub. O açıq fəzada 747 sutka 17 saat keçirib. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt da məhz rusiyalı Valentina Tereşkovadır.
Sovet kosmonavtikasının baniləri arasında kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş azərbaycanlı general-leytenant Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.
Hazırda təxminən 50 ölkədə kosmosa ilk uçuşun ildönümü tarixi qeyd olunur. Kosmonavtika tarixində ilk beynəlxalq uçuş isə 15 iyul 1975-ci ildə gerçəkləşdi. Uçuşun qabaqcılları Sovet gəmisi “Soyuz-19” və Amerika gəmisi “Apollon” idi.
12 aprel Kosmonavtika Günü Sabail rayonu, Etibar Əliyev adına 162 saylı məktəbdə təntənəli şəkildə qeyd edilib. Təşkilatçıları arasında məktəbin Fizika və Alqoritm müəlliməsi Rəna Səfərovanın da olduğu tədbir məktəblilərin, müəllim heyətinin və valideynlərin marağına səbəb olub. Tədbirdə ön söz ilə çıxış edən Rəna Səfərova 12 aprel tarixi barədə iştirakçılara məlumat verib. O çıxışına prezident İlham Əliyevin sözləri ilə başladı: “Gənclər birinci növbədə təhsilli olmalıdır, bilikli, istedadlı, müasir, vətənpərvər olmalıdır, öz ölkəsini sevməli, xalqına bağlı olmalıdır. Bu faktorlar inkişafı stimullaşdırır. İndiki gənclərin daha çox fürsəti və imkanı var, onlar bu imkanlardan istifadə etməlidirlər. Biz azad və müstəqil yaşayırıq, biz fəxr edirik ki Azərbaycanın vətədaşıyıq. Azərbaydanın gəncləri də aktiv olmalıdır”.
Müəllimə tədbirin təşkilatçılığında əməyi olan digər müəllimələr, rus dili və ədəbiyyatı müəlliməsi Valentina Mirzoyevaya, STEAM müəlliməsi Sevinc Əliyevaya, məktəbin direktoru Arzu Nəzərovaya təşəkkür etdi. Daha sonra çıxış edən direktor Arzu Nəzərova Kosmonovtika Gününün tarixindən, əhəmiyyətindən danışdı, şagirdlərin bu tədbirə hazırlıq prosesi və tədbir barədə məlumat verdi.
Daha sonra şagirdlər hazırladıqları bədii kompazisiyanı təqdim etdilər, kosmos haqqında yazılmış və bəstələnmiş mahnıların quruluşunda rəqs etdilər, kosmik fəza haqqında səhnəciklər göstərdilər, kosmos haqqında şeirlər səsləndirdilər, planetlərin xüsusiyyətləri haqqında danışdılar, kosmonavtlarla bağlı musiqili foto-slayd təqdim etdilər, kosmik fəzanın ilk kosmonovtları barədə müfəssəl məlumat verdilər. Məktəbin 9-cu sinif şagirdləri Rəvan Məhərrəmli, Altay Bayramlı, Samir Mehdiyev və Əvəz Səfərlinin birlikdə yaratdığı robot-texnikanın nümayişi oldu.
Qeyd edək ki sözügedən məktəbdə dövlət və cəmiyyət əhəmiyyətli bütün əlamətdar günlər bu cür təntənəli şəkildə qeyd edilir, tədbirin təşkilati işlərində müəllimlər və şagirdlər həvəslə iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

