Azərbaycan Avropa Şurasının daha bir mühüm müqaviləsinə qoşulub
06.04.2023 [19:51]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, effektiv beynəlxalq əməkdaşlıq həyata keçirilir. Cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edən ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığın səmərəsinin artırılması, müvafiq konvensiyaların təkmilləşdirilərək müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı öz töhfəsini verir, Ədliyyə Nazirliyi tərəfindən təkliflər irəli sürülür, o cümlədən yeni müqavilələrin hazırlanmasında yaxından iştirak edilir. Ötən il dövlətimiz tərəfindən “Ekstradisiya haqqında” Avropa Konvensiyasının təslimetmə prosedurunun effektivliyinin artırılmasına xidmət edən Dördüncü Əlavə Protokolu ratifikasiya olunub, bu sahədə səmərəli əməkdaşlıq aparılır. Eyni zamanda, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının müvafiq sorğuların elektron qaydada göndərilməsini, dindirmələrin videokonfrans vasitəsilə aparılmasını, Konvensiyanın əhatə dairəsinin genişləndirilməsini və s. məsələləri özündə ehtiva edən İkinci Əlavə Protokolunun cinayətkarlıqla mübarizədə səmərəliliyin və operativliyin artırılmasında əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar Azərbaycan dövləti adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən, ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində Avropa Şurası Baş katibinin müavini Byorn Berqenin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.
Sonra keçirilmiş görüşdə ədliyyə naziri tərəfindən Avropa Şurası ilə əməkdaşlıqda ölkəmiz üçün 2022-2025-ci illər üzrə qəbul edilmiş Fəaliyyət Planının implementasiyası çərçivəsində Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar, habelə məhkəmə sistemində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və yeniliklər barədə verilmiş məlumat maraqla qarşılanıb.
Baş katibin müavini B.Berqe Avropa Şurasının ölkəmizlə əməkdaşlığının yüksək səviyyəsini qeyd edərək, may ayında Avropa Şurası tərəfindən üzv dövlətlərin başçılarının Sammitinin keçiriləcəyini bildirib.
Söhbət zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızın Ermənistan tərəfindən büsbütün minalanmasına toxunularaq, mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının həlak olduğu və ya yaralandığı bildirilib, bununla bağlı ANAMA tərəfindən hazırlanmış xüsusi kitab təqdim edilib.
Səfər çərçivəsində Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Liri ilə ikitərəfli görüş keçirilib.
Azərbaycan ilə Avropa Məhkəməsi arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verilib. Həmçinin ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq normaların, o cümlədən Məhkəmənin presedent hüququnun tətbiqinə xüsusi önəm verildiyi bildirilib, bu məqsədlə bir çox milli təlimçilərin hazırlanması, hakimlərin, hakimliyə namizədlərin və digər hüquqşünasların tədrisində beynəlxalq ekspertlərin, o cümlədən Avropa Məhkəməsi hakimlərinin iştirakı, həmin Məhkəməyə tədris səfərlərinin faydası qeyd edilib. Avropa Məhkəməsinə uzun müddət ezam olunan hakimlərimizin beynəlxalq təcrübəyə yiyələnməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, Avropa Məhkəməsinin qarşısında duran çağırışlar, o cümlədən yüksək iş yükü və bu problemin həlli yolları barədə fikir mübadiləsi aparılıb, digər maraq doğuran məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17

