Türkiyədə "Azərbaycan Rüzgarı" proqramı yenidən efirə çıxıb
13.03.2023 [17:20]
2018-2021 illərdə həftədə bir dəfə Türkiyə telekanallarından birində Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən "Azərbaycan Rüzgarı" televiziya proqramı yenidən tamaşaçılarının görüşünə gəlib.
Proqramın müəllifi, telejurnalist, İstanbul Universitetinin aspirantı Səidə Ömərin “Yeni Azərbaycan” qəzetinin Türkiyə bürosuna verdiyi məlumata görə, layihə yeni formatda Türkiyənin “Ulusal” telekanalında hər həftənin bazar günləri efirə çıxır.
Proqramın əsas məqsədinin Azərbaycanın qədim tarixi, rəngarək coğrafiyası, ədəbi, tarix şəxsiyyətləri və zəngin mədəniyyəti ilə bağlı bilgiləri Türkiyə ictimaiyyətinə tanıtmaq olduğunu deyən teleaparıcı hazırda Türkiyə ictimaiyyətində buna çox ehtiyac olduğunu vurğulayıb: “Xüsusilə Azərbaycanın dövlət, ordu, xalq birliyilə əldə etdiyi Qarabağ Zəfərindən sonra Türkiyə cəmiyyətində Azərbaycanı, Qarabağı tanımaq baxımından ölkəmizə maraq yaranıb. Azərbaycanı Türkiyə tamaşaçısına tanıtmaq üçün azərbaycanlı olmaq, ölkəmizdə böyümək, musiqimizi, ədəbiyyatımızı, incəsənətimizi, adət-ənənələrimizi, təbiətimizi bilmək, bir sözlə Azərbaycan ruhundan anlamaq şərtdir. Bir Azərbaycanlı olaraq mənim də məqsədim həm Azərbaycan mədəniyyətini təbliğ etmək, həm də dünyada alternativi olmayan Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinə bacardığım xidməti göstərməkdir”.
Səidə Ömər “Azərbaycan Rüzgarı”nın ilk qonaqlarının Türkiyənin Azərbaycandaki Səfirliyinin baş katibi Aygün Qocayeva, Azərbaycan parlamentinin millət vəkili tarixçi, professor Musa Qasımlı olduğunu bildirib: “Qonaqlarım Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələr, Türkiyədə baş verən güclü zəlzələnin Azərbaycanda dövlət və cəmiyyət tərəfindən necə həssasslıqla qarşılanması, iki qardaş ölkənin sarsılmaz əlaqələrinin tarixi faktlara əsaslanmasından bəhs etdilər. Türkiyədə yaşayan, gənc azərbaycanlı müğənni Elgün Quliyev isə Azərbaycan və Türkiyə haqqında ifaları ilə iki ölkənin qardaşlığını musiqi ilə dilə gətirdi. “Azərbaycan Rüzgarı” hələ öncədən də bütün dünya azərbaycanlılarının tamaşaçı rəğbətinə səbəb olmuşdu. Mən bu layihəni Türkiyədən dünyaya açılan pəncərə hesab edirəm və bu pəncərə vasitəsi ilə iki ölkə qardaşlığının, müttəfiqliyinin ən yaxşı nümunə kimi bütün dünyaya yayılmasını istəyirəm. Odur ki, hər həftənin bazar günü dünya türklərini Türkiyə vaxtı ilə saat 16.30-da ekran başında gözləyirəm”.
Sevil Hilalqızı Ünal, Ankara
Xəbər lenti
Hamısına baxAnalitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56

