Kahramanmaraşda Azərbaycan məhəlləsi qurulacaq
13.03.2023 [17:06]
Türkiyədə zəlzələnin episentri olan Kahramanmaraşda Azərbaycan məhəlləsi qurulacaq. “Yeni Azərbaycan” qəzetinin Ankara Bürosuna bu barədə “Qardaş köməyi” platformasının Türkiyə təmsilçisi Asif Qurbanlı bildirib.
O, deyib ki, fevralın 6-da Türkiyənin 11 vilayətində dağıntılara səbəb olan güclü zəlzələdən sonra azərbaycanlı iş adamları və qeyri-hökumət təşkilatlarının bir araya gələrək yenidən bərpa etdikləri “Qardaş köməyi” platforması çərçivəsində Kahramanmaraşda qurulan Azərbaycan məhəlləsi 200 konteynerlik olacaq.
Bu məsələ ilə əlaqədar Kahramanmaraşın Türkoğlu rayonunda vali Tuncay Akkoyun ilə görüşdüklərini bildirən A.Qurbanlı deyib ki, görüş zamanı vali göstərilən yardım və dəstəyə görə, Azərbaycana və “Qardaş köməyi” platforma üzvlərinə təşəkkür edib.
100-dən çox yaşayış konteynerlərinin artıq sahəyə gətirildiyini bildirən A.Qurbanlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşlarının salınacaq məhəlləyə baxış keçirdiyini də vurğulayıb.
O, “Qardaş köməyi” platformasının zəlzələ baş verdiyi vaxtdan indiyədək Türkiyədəki humanitar dəstək fəaliyyətindən də bəhs edib: “İndiyədək 100-dən çox yaşayış konteyneri, 1000 tondan çox ərzaq, 200-dən çox generator, 155 çadır, 2 xəstəxana çadırı, 22 ton dərman və tibbi ləvazimat göndərilib. Yəni bu günə qədər 160-dan çox yük maşını və 5 təyyarə göndərilib və göndərilməkdə davam edir”.
Qeyd edək ki, XX əsrin əvvəllərində Azərbaycan tərəfindən Anadoluya “Qardaş köməyi” devizi altında yardım fəaliyyətini həyata keçirilib. 6 fevral 2023-cü ildə baş verən güclü zəlzələdən sonra Azərbaycandakı qeyri-hökumət təşkilatları və iş adamları - Azərbaycan Sahibkarlar Konfederasiyası, Gəncliyə Yardım Fondu, MÜSAİD, Azərbaycan Türkiyə İş Adamları Dərnəyi, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi, Kiçik və Orta Müəssisələr və Klublar Assosiasiyası, Azərbaycan Qida və İçki İstehsalçıları Assosiasiyası, Türkiyə Məzunları, Aydınlar və Iş adamları Platforması, Müasir İnkişaf Assosiasiyası birləşərək “Qardaş köməyi” Platformasını yenidən bərpa edib, Türkiyəyə humanitar dəstək fəaliyyətinə başlayıblar.
Onu da bildirək ki, Kahramanmaraşın mərkəzində yerləşən Azərbaycan bulvarı bu şəhərin ən çox dağıntıya məruz qalan əraziləridən biridir.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

