Türk dünyasının daha bir uğuru
10.03.2023 [10:56]
“ABŞ-ın Florida ştatının Mayami şəhərində türk soydaşlarımızın bir araya gələrək Böyük şəhər bələdiyyəsində Xocalı soyqırımı haqqında sənəd qəbul edilməsinə şahidlik etdik. Bu rəsmi sənədin imzalanması Azərbaycan və dünya türklüyünün birliyi üçün böyük uğurdur”.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bu fikirləri deyib.
TBMM Xarici Əlaqələr Komitəsinin üzvü olan Kamil Aydın həm də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və NATO Parlament Assambleyasında (NATO PA) - hər üç beynəlxalq qurumun iclaslarında Türkiyə qrupunun üzvü olaraq öz ölkəsi ilə bərabər, Azərbaycanın problemlərini də hər zaman dilə gətirdiyini vurğulayıb: “Bu dəfə də erməni hərbi birləşmələrinin fevralın 26-da törətdikləri Xocalı soyqırımının daha bir beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasına nail olduq. Bu baxımdan beynəlxalq münasibətlərdə müxtəlif formatlarda əldə edilən diplomatik uğurlar bəzən cəbhədə qazanılan zəfərlər qədər əhəmiyyətli təsirə malik olur. Vaxtilə türk dünyası ölkələri, eləcə də dünyanın müxtəlif ölkələrinə səpələnmiş türklər bir-birilərindən xəbərsiz yaşadıqları üçün, həmrəylik içində olmadıqlarına görə türk diaspor fəaliyyətlərində lənglik vardı. Türkiyə-Azərbaycan birliyi getdikcə bu əlaqələri bərpa etdi. Hazırda dünyadakı türk birliyi bizi önəmli uğurları, nailiyyətlərə çatdırmaqdadır. Qarabağ problemini, eləcə də Xocalı qətliamını bütün beynəlxalq təşkilatların toplantısında Azərbaycanla bərabər biz də dilə gətirdik və gətiririk. Avropa Birliyi üzvü ölkələrində də, ABŞ-da erməni və yunan diasporasının sayı soydaşlarımızdan çox olmasa da, təəssüf ki, onlar tam əksinə, həqiqətləri yalan, yalanları həqiqət kimi dünyaya yayaraq türk əleyhdarı ictimaiyyət formalaşdırıblar. Amma ortaq hədəfə, ortaq məqsədə istiqamətlənmə düşüncəsi artıq o coğrafiyalarda yaşayan özbək, qazax, azərbaycanlı, qırğız, Türkiyə türkündə formalaşdığı üçün, biz bərabər mübarizəmizi qura bilirik. İlk dəfə səsimizi birləşdirərək, “birimiz hamımız, hamımız birimiz üçün”, məntiqindən yola çıxaraq bu uğura imza atdıq. Və bu bizi çox məmnun etdi. İnanıram ki, birgə hədəf müəyyənləşdirməmiz nöqtəsinə və bir çox Qərb ölkəsində yanlış düçüncələrə son qoyulması məsələsində nail olacağıq. Bu baxımdan Mayami şəhərindəki rəsmi qərarın alınmasında əməyi keçən bütün soydaşlarımıza təşəkkür edirik və bundan sonra da onlara hər şəkildə maddi-texniki dəstək verməyə hazır olduğumuzu qətiyyətlə bildiririk. Yaxşı haldır ki, erməni lobisinin çox inkişaf etdiyi bir ölkədə Xocalıda günahsız insanlarımızın qətl edilmələrini və erməni yalanlarını çatdıra bilirik. Türk milləti olaraq bir daha belə faciələrə məruz qalmamaq üçün birliyimizi, həmrəyliyimizi daha da gücləndirməliyik.”
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

