İsrailin Akko şəhərində Xocalı soyqırımı qurbanlarının anım sərgisi keçirilib
27.02.2023 [17:23]
Fevralın 26-da İsrailin Akko şəhərində fəaliyyət göstərən Azərbaycan Yəhudilərinin koordinasiya mərkəzi olan "İsraildə Azərbaycan Evi"nin və Ümumİsrail Dağ Yəhudiləri Birliyinin təşkilatçılığı ilə "İsraildə Azərbaycan Evi"ndə "Xocalıya Ədalət" adlı anım tədbiri keçirilib. Anım tədbirinə çox sayda insan qatılıb. Vaxtilə Azərbaycandan İsrailə köçmüş və hazırda İsrailin müxtəlif yerlərində yaşayan azərbaycanlı yəhudilərlə bərabər‚ azərbaycanlı olmayan yəhudilər‚ bir neçə təşkilat nümayəndələri və həmçinin media mənsubları da iştirak ediblər. Tədbirə İsrail Müdafiə Nazirliyindən də yüksək rütbəli şəxslər‚ həmçinin İsrail Mədəniyyət Evlərinin icraçı direktoru Ayala Sivan Ben Yosef‚ Tirat ha Karmel şəhərindən Galina Danilova‚ Migdalaimik şəhərinin sədri Dalya Şamilov‚ Karmiel şəhərinin sədri Nadejda Zülfügarova‚ tanınmış beynəlxalq jurnalist Xana Rafael və bir çox önəmli simalar da qatılıblar.
Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara Xocalı soyqırımı haqqında geniş məlumat verilib. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda əliyalın dinc sakinlərə divan tutmasından və Xocalı sakinlərinin bütünlüklə amansızcasına qətl edilməsindən danışılıb və erməni vəhşiliyi və erməni cinayətləri diqqətə çatdırılıb. Tədbiri giriş sözü ilə açan "İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexemiya Şirin Mixaeli Xocalıda baş verən barbarlıq və soyqırımı aktından danışaraq bu vəhşətin dəhşətli terror və hərbi cinayət olduğunu bildirib. Həmçinin o‚ əlavə edib ki‚ Xocalı soyqırımını törədən canilər hələ də cəzalandırılmayıb. Xocalıda azərbaycanlıların başına gətirilən amansız qətliamdan və məşəqqətlərdən geniş danışan Nexemiya Şirin Mixaeli qeyd edib ki‚ Xocalıda azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qorxunc barbarlıq aktı ermənilərin etnik təmizləmə siyasətinin nəticəsidir. O‚ bildirib ki‚ yəhudi xalqı ilə Azərbaycan xalqı dost və qardaş xalqdır və yəhudi xalqı hər zaman Azərbaycan xalqının və dövlətinin yanındadır.
Nexemiya Şirin Mixaeli əlavə edib ki‚ İsrail dövləti ilə Azərbaycan dövlətinin dostluq münasibətləri bundan sonra daha da möhkəmlənəcəkdir.
Tədbirdə daha sonra çıxış edən Ümumİsrail Dağ Yəhudiləri Birliyinin sədri Pavel Elizarov Xocalıda günahsız və əliyalın dinc sakinlərin məruz qaldığı erməni terrorunu və erməni vəhşiliyini şiddətlə pisləyərək‚ Ümumİsrail Dağ Yəhudilərinin hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Daha sonra çıxış edən digər qonaqlar da‚ Nofa Galil şəhərinin cəmiyyət sədri Amir Xanox‚ İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Elişa Xanukayev və Rafael Agaronov və digər şəxslər erməni vəhşiliyini şiddətlə pisləyərək dünyanın bu vəhşəti görməsi və tanıması üçün beynəlxalq ictimaiyyətə çağırışlar səsləndiriblər. Tədbirdə çıxış edənlər yekdilliklə bildirib ki‚ dünya ictimaiyyəti və beynəlxalq hüquqi təşkilatlar erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən hərbi cinayətlərə hüquqi qiymət verməlidir.
Birinci Qarabag müharibəsi zamanı erməni işğalçıları ilə döyüşlərdə itgin düşən və 30 ildir haqqında heç bir məlumat əldə olunmayan yahudi əsilli Vügar Mikalovudanın və Azərbaycan Respublikasının Yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi də yad edilib. Həmçinin birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Vüqar Mikalavudanın yenidən axtarılması üçün xahişlər səsləndirildi.
Tədbirdə Xocalı soyqırımını əks etdirən foto sərgi və erməni vəhşiliyindən bəhs edən videoçarx da nümayiş etdirilib və Xocalı şəhidlərinin ruhlarına dualar oxunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

