Reyestrdən keçmək məcburidir?
15.02.2023 [10:49]
İş stajında problem yaşayan jurnalistlərin nəzərinə
Günel ABBAS
2022-ci ilin oktyabr ayından etibarən media subyektləri, jurnalistlər media reyestrindən keçmək üçün aiddiyyəti instansiyalara müraciət edirlər. Ancaq media reyestrinə müraciət zamanı bir çox jurnalist iş stajının tam olaraq hesablanmaması ilə bağlı problemlə qarşılaşıblar. Əgər elektron sistemdə staj 3 ildən az görünürsə, iş ilinə baxmaq üçün əmək kitabçasının notarial təsdiqi istənilir. Daha artıq staj görünəndə kitabçanın notarial təsdiqi tələb olunmur.
Bir neçə gündür sözügedən məsələlərlə bağlı jurnalistlərin sosial şəbəkələrdə də müraciətləri yayımlanır. Bununla yanaşı, gələcəkdə pensiya yaşı çatan zaman müəyyən problemlərin ortaya çıxacağı barədə də narahatlıq yaranır. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan “Yeni Azərbaycan”a bildirilib ki, jurnalistlərin iş stajı, digər sahələrdə çalışan vətəndaşlarımız kimi, əmək müqaviləsi ilə çalışdıqları dövr hesab olunur: “Bu staj haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü ildən işə salınan “Əmək və Məşğulluq” altsistemində əksini tapır. 2014-cü ildən öncəki iş stajı haqqında məlumatlar isə hər bir media işçisində mövcud olan əmək kitabçasında əksini tapır. Media reyestri ilə bağlı tələblərdə məhz bu amil əsas götürülür. Nazirlik olaraq Medianın İnkişafı Agentliyi ilə fəal əməkdaşlıq edilir, müvafiq elektron informasiya sistemlərinin Agentliyin informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası təmin olunub.
Qaldı ki, jurnalistlərin gələcəkdə pensiya hüququ məsələsinə, bu hüquq sığorta stajına uyğun olaraq təmin edilir. Belə ki, 2006-cı ildən ölkəmizdə tətbiq edilən fərdi uçot sistemində sosial sığorta ödəmələrinin həyata keçirildiyi dövrlər (sığorta stajı) və toplanmış pensiya kapitalı əksini tapır. Pensiya kapitalı təkcə əmək müqaviləsi ilə deyil, VÖEN və ya mülki müqavilə ilə çalışan hər kəslə bağlı ödənilən sığorta haqları hesabına formalaşır”.
Digər tərəfdən, jurnalistlərdə bu prosesin könüllü surətdə aparılması barədə də müəyyən suallar yaranır. Dünyanın hər yerində medianın bir biznes subyekti kimi qeydiyyatı aparılır və jurnalistin peşəkar fəaliyyətinə hər hansı müdaxilədən söhbət gedə bilməz.
Media Agentliyinin şöbə müdiri Natiq Məmmədlinin sözlərinə görə, jurnalistlərin media reyestrindən keçməsi könüllüdür: “Çünki qanunda bunun üçün hər hansı məcburetmə tədbiri nəzərdə tutulmayıb. Azərbaycan dövləti heç bir jurnalistə məcburi qayda da güzəşt və imtiyaz tətbiq etmir. Jurnalist Agentlik tərəfindən verilən vəsiqə olmadan da sərbəst şəkildə öz peşə fəaliyyətini yerinə yetirə bilər”.
N.Məmmədli “Media haqqında” Qanununa qarşı aparılan kampaniyaya münasibət bildirərkən, bu şəxslərin bir çoxu ilə görüşlər keçirildiyini, reyestr qaydalarının izah olunduğunu, lakin onların bu qaydalara əməl etmədiyini vurğulayıb: “İndi belə çıxır ki, siz reyestrə düşsəydiniz, yaxşı idi, düşmədiniz pis oldu? Qanuna itaətsizlik çağırışları edənlərin digər qrupu isə xarici donorlarına cəlbedici görünən media reyestri adında “çörəkli” mövzu tapıblar. Venesiya Komissiyasının “Media haqqında” Qanununa münasibətində pozitiv məqamlar daha çox idi, nəinki bu adamların münasibətində. Biz Venesiya Komissiyasının rəyində öz əksini tapmış fikirlərin əksəriyyətini cavablandırmışıq, o məqamlarla razı deyil ki, onlar bizim tək peşə fəaliyyətimizlə deyil, eyni zamanda, dövlət maraqlarımızla səsləşmir. Məsələn, bildirirlər ki, kimsə mənim ölkəmin ərazi bütövlüyünü şübhə altına alan çağırışlar edirsə, bu ifadə azadlığı ilə ziddiyyət təşkil etmir. Vətən müharibəsində şəhidlərinin qanı bahasına özünün ərazi bütövlüyünü təmin etmiş ölkə bununla necə razılaşa bilərdi?”.
Xəbər lenti
Hamısına baxGündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39

