Qardaşlıq!
11.02.2023 [10:38]
Beşikdən qəbrə qədər...
Bəzi hisslər, duyğular var ki, insana sonradan aşılanmır. Məsələn, hələ beşikdəykən anamızdan Ana vətənə sevgini öyrənirik. Deyirlər, hər insanın bir ana Vətəni olur. Bəlkə də türk milləti yeganə millətdir ki, bizim hər birimizin iki vətəni var. Xoşbəxtik ki, özümüz qədər, yeri gələndə özümüzdən çox düşündüyümüz qardaşlarımız var. Günəşlə ay kimidir bu qardaşlıq. Biri batsa da öz nurunu digərindən əsirgəmir. Bu gerçəyi kiçiyimiz də bilir, böyüyümüz də...
Birinin ocağı sönsə də, o birinin ocağında yanan odunlar digərini isidir. Bakıda beşmərtəbəli binalardan birində günəş yenə eyni pəncərədən eyni otağı işıqlandırır. Otaq işıqlanan kimi gözlərini açan 6 yaşlı Turan özünü atasına yetirir. Deyir ki, bu gün hökmən ona oyuncaq almalıdır. Atası əli ilə işarə edib masanın altında gizlətdiyi, hərdən heç əl də vurmadığı oyuncaqları göstərir. Amma Turan sakitləşmir, fikrində qətidir. Əslində həmişə belədir, inadından dönmür, ta ki, istədiyini əldə edənə qədər... Şübhəsiz, bu dəfə də öz istəyinə nail olur. Masanın altındakı çantasını çiyninə asaraq atasının əlindən tutur. Qonur gözlərini sıxaraq gülümsəyir. Atası bu soyuq havada çölə çıxmaqdan onu çəkindirə bilməmişdi. İradəsi hər şeydən güclü olan Turanı bu məsələdə də heç kim vaz keçirə bilməzdi.
Bir müddət sonra oyuncaq mağazasına çatırlar. Turan əslində heç vaxt indi almaq istədiyi oyuncaqlarla oynamayıb. Səhərdən onun bu inadkar hərəkətlərini təəccüblə izləyən atasını bir az da maraq bürüyür. Oğlunun nə edəcəyini izləyir. Turan mağazada oyuncaq kuklaların olduğu hissəyə yaxınlaşır və əlinə sığdıra bildiyi qədər götürür. Atasından bunlar üçün pul ödəməsini istəyir. Oyuncaqları götürən kimi çantasını açıb digər oyuncaqların yanına qoyur. Getməli olduqlarını deyir. Turanı bayaqdan maraqla izləyən atası onun bu davranışlarına anlam verməyə çalışsa da, alınmır. Odur ki, arxasınca düşüb oğlunu izləyir. Öz-özünə düşünür, “Sabah onun doğum günüdür. Ayaqqabısını axırıncı dəfə 6 ay əvvəl almışdıq. Məndən ayaqqabı istəyəcəyini düşünürdüm. İndi isə heç vaxt istifadə etməyəcəyi kuklalar alıb”. Oğlunun yanlış istiqamətə getdiyini görüb onu səsləyir. “Mən hara getməli olduğumuzu bilirəm, ata, biz elə düz yerə gedirik”, - deyə əli ilə atasına onu izləməsini bildirir. Küçənin başına yaxınlaşanda ata hər şeyi başa düşür - Turan dünən axşamdan televiziyanın qarşısından çəkilmirdi, Türkiyədə baş verən zəlzələdən sonra toplanan yardımları izləyirdi...
Anladığını ona bildirmir. Sual verir, “oğlum sən hara gedirsən?” “Mən qardaşlarımıza kömək etmək istəyirəm. Çantasından çıxardığı balaca örtüyünü də göstərib, onlar indi həm üşüyür, həm də qorxurlar. Mən öz oyuncaqlarımı, adyalımı onlara göndərmək istəyirəm”, - deyə soyuqdan üşüyən əllərini üfürür. Atası göz yaşları içində Turanı qucaqlayır. Yaxınlıqdakı mağazadan bir bağlama da düzəltdirib, 5 dəqiqə sonra yola düşməli olan TIR-a yerləşdirir. Oğlunun hərəkətini, yardım üçün birləşən insanları gördükcə bir daha əmin olur ki, türk milləti üçün qardaşlıq həqiqətən də beşikdən qəbrə qədərdir...
Günel
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

