I Qarabağ Forumu Tbilisidə...
10.02.2023 [10:43]
Qarabağa həsr olunan daha bir beynəlxalq tədbir
Günel ABBASOVA
Qarabağla bağlı mütəmadi olaraq yerli və beynəlxalq tədbirlərin keçirilməsi prioritet məsələlərdən hesab olunur. Bu mənada istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də xarici ölkələrdə Qarabağa həsr olunan tədbirlər tez-tez keçirilir. Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu bu proqramlardan biridir.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Forum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutur: “İlk dəfə olaraq 2023-cü ildə baş tutan bu forum həm də Heydər Əliyevin 100 ilik yubileyi çərçivəsində həyata keçirilir. Fevralın 10-11 tarixlərində Azərbaycan Mədəniyyət mərkəzində təxminən 50 nəfərin iştirakı ilə forum reallaşacaq. Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edəcəklər. Forumda dövlətlərimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr, eyni zamanda, müxtəlif sahələrdə əlaqələrimiz müzakirə olunacaq. Layihənin əsas məqsədi QHT rəhbərlərini, Gənclər Təşkilatı rəhbərlərini, media təmsilçiləri və 30-dan çox digər qonaqları bir araya gətirmək, mövcud əlaqələri dəyərləndirilmək, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Eləcə də Qarabağın tarixinin Gürcüstan ictiamiyyətində daha geniş yayılmasını təmin etməkdir”.
S.Abbasov qeyd edib ki, Forumda erməni vandallarının törətdikləri vəhşilikləri diqqətə çatdırılacaq: “Eyni zamanda, Qarabağda investisiyanın artırılması, mümkün perspektivlər barədə panellər olacaq. Layihə çərçivəsində Vətən müharibəsində iştirak edən qazilərimizin müsahibələrindən ibarət qısa videoçarxı da təqdim edəcəyik. Forumun növbəti günlərində paneli müzakirə və debat formatında quracağıq. Burada iştirak edən Gürcüstan vətəndaşı olan gəncləri sertifikatla təmin edəcəyik. Hesab edirəm ki, ilk beynəlxalq forum olduğuna görə, böyük əhəmiyyətə malikdir. Bu formatda tədbirlər dünyanın bir çox ölkələrində keçirilməlidir. Forum üçün məhz Gürcüstanı seçməyimiz də təsadüfi deyil. Gürcüstan bölgədə sülhün bərqərar olmasında maraqlı olan ölkələrdən biridir. Biz bütün bu məqamları Forum iştirakçılarının diqqətinə çatdıracağıq. Sülh müqaviləsinin imzalanması və dəhlizin açılması ilə bağlı məsələləri də burada diqqətə çatdıracağıq. Çünki proseslərin ləngiməsi təkcə Azərbaycana yox, eyni zamanda Gürcüstana da təsir edir. Bu mənada belə bir məqamda və xüsusilə də Xocalı soyqırımı ərəfəsində Gürcüstanda bu forumun keçirilməsi əhəmiyyətlidir.
Fürsətdən istifadə edib Gənclər Fonduna təşəkkür etmək istəyirəm. Bu Fondun dəstəyi ilə reallaşdırdığımız 3-cü beynəlxalq layihədir. Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə təşəkkür edirəm. Qarabağ adı olan yerdə Dəmir Yumruq kimi birləşmək borcumuzdur”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50

