Bundan sonrakı mərhələdə...
02.02.2023 [10:41]
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq müstəvidə hansı addımlar atılmalıdır?
Məlumdur ki, bir neçə gün öncə Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Qeyd edilib ki, müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur icmamızı sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edib.
Bəs bundan sonrakı mərhələdə beynəlxalq müstəvidə hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Qərbi Azərbaycan İcmasının müraciətinin BMT sənədi kimi yayılması çox sevindirici haldır. Çünki bu sənəddə azərbayanlıların deportasiyası faktı təsbit olunub. Bu mövzuda BMT-nin bir sıra təməl prinsiplərinin olduğunu deyən həmsöhbətimizin sözlərinə görə, bunlardan biri hər bir xalqın özünün milli, dini və tarixi ərazilərində yaşamaq haqqının tanınmasıdır. Eləcə də hər bir fərdin özünün, əcdadlarının yaşadıqları ərazilərə dönmək haqqı var. Xüsusilə, deportasiya olunanların, zorla öz yurdlarından çıxarılan xalqların və fərdlərin bu hüquqları tanınır. Lakin bu mövzunun həmişə spekulyasiya olunduğunu deyən politoloq qeyd edib ki, BMT-nin sözügedən təməl prinsiplərinin beynəlxalq nizamda uğurla tətbiq olunduğunu demək mümkün deyil. Çünki çox nadir hallarda xalqların, fərdlərin bu yöndə pozulmuş haqlarının bərpa olunması təcrübəsi var. Ona görə də, dünyada deportasiyaya məruz qalmış xalqlar həmin prinsiplərdən tam faydalana bilməyib.
“Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası çar Rusiyasının və SSRİ-nin qanlı tarixinin bir hissəsidir. Azərbaycanlıların tarixi torpaqlarından deportasiyası, zorakılıqla çıxarılması XX əsrdə bir neçə dəfə baş verib. Bu hadisələr qərbi azərbaycanlıların fiziki, milli, dini kimliyinin məhvinə hesablanmış addımlar idi. Əslində, bütün bu faktlar BMT-yə və digər beynəlxalq təşkilatlara məlumdur”, - deyən Y.Hacıyeva söyləyib ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyanın sübuta ehtiyacı yoxdur. Çünki bu barədə kifayət qədər sübutlar var və müvafiq sənədlərdə əksini tapır. Onun fikrincə, bundan sonrakı mərhələdə tarixi həqiqətlərlə bağlı beynəlxalq birliyin daha çox məlumatlandırılmasına ehtiyac var. “Xarici siyasətimizin istiqamətlərindən biri də məhz tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Qərbi Azərbaycan İcmasının müraciətinin BMT sənədi kimi yayılması çox yaxşı haldır. Bundan sonra isə bu mövzuda maarifləndirmə işləri gücləndirilməli, beynəlxalq təşkilatlarda bu istiqamətdə işlər davamlı olaraq aparılmalıdr. Bütün bunlar tarixi ədalətin elan olunmasına hesablanıb. Nəzərə almaq lazımdır ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya olunması, zorla qovulması çox da uzaq olmayan tarixdə baş verib. Hadisələrlə əlaqədar arxivlərdə sənədlər var. Həmin sənədlərə istinad edilməklə beynəlxalq müstəvidə işlər gücləndirilməldir. Eləcə də BMT-də deportasiya olunmuş xalqlarla bağlı qəbul edilmiş sənədlərə qərbi azərbaycanlıların da daxil edilməsinə çalışmalıyıq. Bu yöndə oxşar hadisələri qabartmaqla beynəlxalq kampaniyalara başlamalıyıq. Həmin kampaniyalarda da beynəlxalq nizamda mövcud olan vacib mexanizmlərdən istifadə edilməlidir. Bu mexanizmlər və alətlər var. Ən vacibi isə bu işlərlə təkcə Qərbi Azərbaycan İcması deyil, bütün xalq, cəmiyyət məşğul olmalıdır. Sıx birlik şəraitində görülən işlərin yekunu uğurlu alınacaq”, - deyə politoloq vurğulayıb.
NARDAR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00

