/ / Ermənistandan qovulmuş bütün azərbaycanlılar və onların varislərinin vətənlərinə qayıtmaq hüququ var - Ülviyyə Zülfiqar
Ermənistandan qovulmuş bütün azərbaycanlılar və onların varislərinin vətənlərinə qayıtmaq hüququ var - Ülviyyə Zülfiqar
30.01.2023 [15:25]
Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Bundan başqa, Konsepsiyada o da bildirilir ki, Qərbi azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan, eləcə də hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.
Bu barədə Trend-ə müsahibəsində Qərbi Azərbaycan İcmasının Mətbuat Katibi Ülviyyə Zülfiqar bildirib.
O qeyd edib ki, İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə, tətbiq olunması mümkün olan bütün beynəlxalq standartlar əsasında, eləcə də Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlamağa çalışacaq.
“İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların varislərinin öz vətənlərinə qayıtmaq hüququ var. Bu onların haqqıdır. Son 200 ildə başımıza gələn müsibətlərdən dolayı İcma təhlükəsizlik məsələlərində əlbəttə ki, Ermənistan hökumətinə etibar etmirik. Bu təbiidir. Ona görə də Konsepsiyamızda da qeyd olunur ki, müvafiq mandatla beynəlxalq təhlükəsizlik missiyası qayıdış olacaq ərazilərə yerləşdirilməlidir. Həmçinin Missiya bizim – yəni Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır. İcmamız da missiyasın mandatının formalaşdırılması və idarə edilməsi üzrə formatda maraqlı tərəf kimi təmsil olunmalıdır.
Azərbaycanlılara qarşı törədilən bütün hüquq pozuntuları, indiyə qədər yaşadığımız bütün ağrı-acılı hadisələr kimi mülkiyyət hüququnun pozulması və onların nəticələrinin aradan qaldırılmasına görə məsuliyyəti də Ermənistan hökuməti daşıyır. Ermənistan hökuməti bizə məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətimizə vurulan zərərə görə kompensasiya ödəməli, həmçinin azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir. Bundan başqa deportasiya edilmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlərdə humanitar yardıma, sonra uzunmüddətli sosial və iqtisadi inkişaf üçün re-inteqrasiya və reabilitasiya proqramına və yardımlara ehtiyac duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas tərəf müqabili olmaqda qərarlıdır”, - deyə o vurğulayıb.
Ü. Zülfqar həmçinin bildirib ki, bizim missiyamız təkcə qayıdış məsələsi ilə məhdudlaşmır.
“İcma Qərbi Azərbaycanlılar öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi fəaliyyətini, o cümlədən orada yaşayan azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə səylərini, bu məqsədlə, Azərbaycan Respublikası, xarici dövlətlər və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan hökuməti ilə və Ermənistan ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir. Bizə - Qərbi Azərbaycanlılara qarşı böyük haqsızlıqlar törədilib, görülməz müsibətlər yaşamışıq. Bu ağrılı keçmişi tarixi yaddaşımızda saxlayacağıq. Bununla bərabər İcmamız qəbul edir ki, sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan keçir. Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülən ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır. Eyni zamanda, Ermənistan hökuməti azərbaycanlılara qarşı nifrət və ayrıseçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalıdır” – deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

