3 dəfə əlavə maaş alacaqlar
26.01.2023 [10:19]
Sosial rifahın artırılması dövlətin əsas prioritetidir
Vətəndaşların sosial rifahının artırılması dövlətin siyasətində əsas prioritetlərdən biridir. Dövlət başçısı İlham Əliyev hər il vətəndaşların rifahının artırılması istiqamətində müvafiq qərarlar qəbul edir və bu siyasətin davamlı xarakter aldığını görürük.
Prezidentin bir neçə həftə əvvəl imzaladığı sərəncamla minimum əmək haqqı 345 manata çatdırılmışdı. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılır. 700 min vətəndaşı əhatə edəcək minimum əmək haqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq. Minimum pensiyadakı artımı da nəzərə alsaq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız faydalana biləcək. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz.
Ümumilikdə, prezidentin son sərəncamı ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçdi. Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək. Bu sərəncam, eyni zamanda, digər sahələrdə də artım üçün baza yaradacaq. Sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək. Bu, həm də vətəndaşın dövlətdən məmnunluğuna da ciddi təsir edə biləcək amillərdən biridir.
Statistik göstəricilər Azərbaycanda iqtisadiyyatın sabitliyinin təmin edildiyini, həmçinin əhalinin sosial-müdafiə sahəsində irəliləyişin müşahidə olunduğunu göstərir. Əgər iqtisadi sabitlik olmasa, ölkə iqtisadiyyatı inkişaf etməsə, əlbəttə ki, bu məbləğlərin artımı müşahidə olunmazdı. Bu, onu göstərir ki, dövlət keçən il bu sahədə də uğurlu siyasəti həyata keçirməyə müvəffəq olub. Digər vacib bir məqam isə budur ki, dövlətin vətəndaşların rifahının artırılmasına, gücləndirilməsinə böyük bir dəstəyi var və dövlət bu istiqamətdə vətəndaş üçün müvafiq addımları atır. Dövlət vətəndaşların rifahını düşünür və vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq müxtəlif addımları atır. Eləcə də, müxtəlif struktur orqanlarda çalışan vətəndaşların maaşları ilə bağlı da müvafiq qərarlar verərək, bu sahəyə öz diqqət və qayğısını artırmağa davam edir. Belə ki, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edilib.
Milli Məclisin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dəyişikliyə əsasən bəzi şəxslərə 2023-cü ildə 3 dəfə əlavə maaş ödəniləcək: “Dəyişikliklərə görə, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb. Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.
Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

