Cənubi Qafqazın öndə gedən missioneri...
25.01.2023 [10:58]
Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
Yeganə BAYRAMOVA
Bu gün azərbaycanlı xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. O, 25 yanvar 1823-cü ildə Bakıda dünyaya gəlib. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edib. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. 10 yaşında atası onu bir bənnanın yanına usta köməkçisi qoyur. 15 yaşında ikən Zeynalabdin bənnalıq etməyə başlayıb.
O, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri ilə məşğul olur. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.
Zeynalabdin sonradan özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan biri idi. 1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı sonradan “Hacı Zeynalabdin” şirkətini yaradıb. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınır və burada neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və o, podratçılığı buraxaraq neft işinə başlayır.
Götürdüyü torpaqdan neft fəvvarə vurduqdan sonra Hacı “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verir və ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır, bundan sonra neft zavodları alır.
Tağıyev iki dəfə evlənib. Onun birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının iki oğlu, bir qızı olmuşdu.
Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirib. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar, 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb. Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb. Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanılır. Hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O, əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn edilib. Onun dəfni böyük izdihamla müşayiət olunub.
Hacını özünün vəsiyyətinə əsasən, Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn ediblər. Bəzi məlumatlara görə, onun istəyinin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdi: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün ...”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

