Qərbi azərbaycanlıların siyahıya alınması hansı qaydada aparılır?
12.01.2023 [10:19]
Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına, dədə-baba yurdlarına qovuşması, başqa sözlə, onların el-obalarına qayıtmaları üçün prosesə başlanılıb.
Vətəndaşları düşündürən məqamlar əsasən hansı illərdə deportasiya edilən soydaşlarımızın qeydiyyata alınması ilə bağlıdır. Proses necə tənzimlənir? Bu günə qədər neçə nəfər siyahıya alınıb? Qeydiyyat üçün əsas meyarlar hansıdır?
Qərbi azərbaycanlıların siyahıya alınması prosesi barədə ətraflı məlumat almaq üçün Qərbi Azərbaycan İcmasının (QAİ) mətbuat katibi Ülviyyə Zülfiqar ilə həmsöhbət olduq.
Söhbət əsnasında QAİ mətbuat katibi “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Qərbi azərbaycanlıların siyahıya alınma prosesinin bir neçə aydır davam etdiyini bildirdi. Siyahıya alınmada ilk növbədə 1988-91-ci illərdə deportasiya edilən soydaşlarımıza fokuslanılıb: “Çünki həmin dövrdə deportasiya olunan azərbaycanlıların əksəriyyəti həyatdadır və onların əllərində həmin yerdə təhsil aldıqlarına dair, mülkiyyətlərinə dair sənədləri var”.
Əvvəlki illərdə deportasiya edilən soydaşlarımızın qeydiyyata alınması barədə də söz açan Ü.Zülfiqar prosesin paralel şəkildə aparıldığını diqqətə çatdırdı: “Lakin bu o demək deyil ki, daha əvvəlki deportasiyalar - 1905, 1918-1920, 1948-1953-cü illərlə bağlı qeydiyyata alınma aparılmır. Siyahıya alınma yanaşı şəkildə aparılır. Lakin fokuslanma əsasən 1988-1991-ci ilədir. 1988-1991-ci ildə də Qərbi azərbaycanlılar 300 yaxın yaşayış məntəqəsindən çıxarılıb. Artıq 150-dən çox yaşayış məntəqəsindən olan soydaşlarımızın qeydiyyata alınması aparılıb və bu proses davam edir”.
“İndiyə qədər 250-300 min arası rəqəmlər səslənir, lakin gözlənilir ki, bu rəqəm dəyişəcək. Çünki SSR dağılma dönəminə, xaos dövrünə düşdüyü üçün ola bilər ki, rəqəmlərdə dəqiqlik yoxdur və yenidən qeydiyyata alınma zamanı rəqəmlər də müəyyənləşdiriləcək”.
Nicat DİLQƏMLİ
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30

