Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri görüşüb
09.01.2023 [20:27]
Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.
Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Mustafa Şentop Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində müzakirə olunan mövzuların əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, TBMM-nin APA-ya sədrliyi dövründə gördüyü işlər haqqında məlumat verib, bu platformanın parlamentlərarası əməkdaşlığa töhfələri haqqında fikirlərini ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və tədbirin uğurlu təşkilinə görə TBMM sədrinə təşəkkürünü bildirərək, qardaş ölkənin Asiya Parlament Assambleyasına son 5 ildəki rəhbərliyinin təşkilatın fəaliyyətinə mühüm töhfələr verdiyini qeyd edib. O, həmçinin, tədbirdə müzakirə olunan məsələlərin müasir çağırışlara həsr olunduğunu, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinə fayda verdiyini söyləyib. Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bu cür əməkdaşlıq platformalarının imkanlarından uğurla istifadə etdiyini deyən Milli Məclisin sədri qeyd edib ki, Asiya böyük bir regiondur və onun siyasi-iqtisadi potensialı böyükdür.
Görüşdə qeyd olunub ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Vurğulanıb ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu və geniş əlaqələr mövcuddur. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Bu mənada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinin genişlənməsinə qardaş Türkiyənin dəstəyi ifadə olunub.
S.Qafarova Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərini xatırladaraq, qeyd edib ki, Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarından qovulması hələ münaqişə başlamazdan öncə başlayıb. Tarixi xəritələr və sənədlər müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu torpaqlarda əsrlər boyu yaşadığını sübuta yetirir. Sahibə Qafarova tarixi şəhərimiz olan İrəvanın 1918-ci ildə Ermənistanın paytaxtı elan edilməsi, 1920-ci ildə isə sovet hökumətinin qərarı ilə Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi, bunun da Azərbaycanın öz Naxçıvan regionu və Türkiyə ilə coğrafi əlaqəsinin kəsilməsinə gətirib çıxardığını, bu ərazilərdə yaşayan azərbaycanlıların 20-ci əsrdə bir neçə dəfə deportasiyaya məruz qaldığını, deportasiyaların son mərhələsinin 1988-1991-ci illərdə baş verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri Qərbi azərbaycanlıların hüquqlarının da bərpa olunacağına və onların öz doğma torpaqlarına geri qayıdacaqlarına olan qəti inamını ifadə edib.
Spiker ekologiya fəallarının Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün istifadə etməsi, minalar basdırması və digər məsələlər barədə də geniş məlumat verib.
TBMM sədri Mustafa Şentop deyib ki, Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verir, Ermənistanın təxribatçı davranışları regionda sülh və təhlükəsizliyi təhdid edir. Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq, ədaləti bərpa etdi və öz haqqını aldı. Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22

