Yeni müvəkkil institutu...
30.12.2022 [10:42]
Dövlət qulluqçularının etik davranışlarını nəzarətdə saxlayacaq
Nardar BAYRAMLI
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən etik davranış üzrə müvəkkil vəzifəsi təsis ediləcək. Milli Məclisin dekabrın 27-də keçirilən iclasında qanun layihəsi ikinci oxunuşda qəbul olunub. Sənəddə dövlət qulluqçularının etik davranışı üzrə müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərovun verdiyi məlumata görə, Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub. Bu məqsədlə, layihədə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanuna dəyişikliklər və 21-1-ci - “Etik davranış üzrə müvəkkil” adlı maddə əlavə olunmaqla dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsisi məsələləri öz əksini tapıb. Layihəyə əsasən rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla, 5 ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən və yüksək mənəvi keyfiyyətlərə malik şəxslər etik davranış üzrə müvəkkil ola bilərlər.
Sənədə əsasən, müvəkkil qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənir, etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir. O, eyni zamanda dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır, daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir. Eləcə də, dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin təşkilində iştirak edir. Müvəkkil, həmçinin etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir. O, dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər də irəli sürə bilər.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində ölkəmiz demokratik dövlət quruculuğu və sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu mənada dövlət qulluğu sahəsində də normativ-hüquqi baza yaradılıb. Dövlət orqanlarının səmərəli fəaliyyətinin təmin edilməsi üçün onların strukturunun təkmilləşdirilməsi aktual məsələdir. Onun sözlərinə görə, bütün bunların fonunda dövlət qulluqçularının etik davranışı ilə əlaqədar müvəkkil institutun yaradılması aparılan islahatların tərkib hissəsidir: “Ölkəmizdə indiyə qədər belə bir təsisat olmayıb. Bu, dövlət qulluğu sistemində yeni bir institutdur. Belə bir institutun yaradılmasında məqsəd dövlət qulluqçularının məsuliyyətinin daha da artırılmasıdır. Qanundakı yeniliyin mahiyyəti dövlət qulluqçularının etik-davranış qaydalarının təkmilləşdirilməsindən, bu sahədə məsuliyyətin artırılmasından ibarətdir. Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi sahəsində müəyyən maarifləndirmə işlərinin aparılması istiqamətində məsul bir şəxsin olmasına ehtiyac var. Həmin işləri də etik davranış üzrə müvəkkil həyata keçirəcək”.
Millət vəkili qeyd edib ki, müvəkkilin kim ola biləcəyi ilə bağlı qanunda müvafiq müddəalar var. Müvəkkil təyin olunmalı şəxs ən azı üç il rəhbər vəzifədə çalışmalı, 5 ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən və yüksək mənəvi keyfiyyətlərə sahib olmalıdır. Qanuna əsasən, müvəkkil etik qaydaların pozulmasına şərait yaradan halları da üzə çıxarmalı, onları təhlil etməli və problemlərin aradan qaldırılması üçün müvafiq qurunmlara özünün təklif və tövsiyələrini verməlidir. Həmsöhbətimizin fikrincə, müvəkkil institutunun yaradılması bu sahədə müsbət nəticələr verəcək: “Biz bilirik ki, bəzi dövlət qulluqçularının qeyri-etik davranışları ilə bağlı sosial şəbəkələrdə məlumatlar, videogörüntülər yayılıb. Əlbəttə ki, bunlar cəmiyyətdə yaxşı qarşılanmır. Ona görə də, ictimai personalar öz davranışlarına həmişə diqqət yetirməli, etikadan kənar hallara yol verməməlidirlər. Düşünürəm ki, müvəkkil institutun yaradılması bu sahədəki xoşagəlməz halları aradan qaldıracaq”.
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

