Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda COVID-19-la əlaqəli son epidemioloji durum açıqlanıb

Azərbaycanda COVID-19-la əlaqəli son epidemioloji durum açıqlanıb

29.12.2022 [16:03]

“Soyuq ayların başlamasına baxmayaraq koronavirusa yoluxma sayında sıçrayışlı artımın olmaması arzu olunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir”.

Bunu “Report” açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, son dövrlərdə koronavirusa yeni yoluxma hallarının minimal rəqəmlərdə dalğalandığı müşahidə edilir: “Aktiv xəstə sayı da müəyyən intervalda artıb-azalır. Soyuq ayların başlamasına baxmayaraq yoluxma sayında sıçrayışlı artımın olmaması arzu olunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir”.

“Əgər dövriyyəyə yeni, əldə olunmuş kütlə immunitetindən əhəmiyyətli dərəcədə yayına bilən mutant ştam daxil olmazsa, vəziyyətin bu cür davam edəcəyi qənaətinə gələ bilərik. Əhaliyə tövsiyəmiz bütün pandemiya dövründə olduğu kimi dəyişməz qalır”, - nazirlik rəsmisi söyləyib.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31