Şəhid ailələrinə gəlir vergisi üzrə güzəştlər veriləcək
28.12.2022 [13:26]
Şəhid ailələrinə gəlir vergisi üzrə güzəştlər veriləcək.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı güzəştlərin verilməsidir.
Sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin, müharibə veteranlarının və digər formada zərərçəkmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda öz canından keçmiş şəxslərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Belə ki, sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəhid ailələri və müharibə əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir, habelə onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və digər sosial tədbirlər həyata keçirilir. Bu siyasətin davamı olaraq şəhid ailələrinə dövlət qayğısının daha artırılması, onların sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan biri kimi, bu kateqoriyadan olan şəxslərin aylıq gəlirlərinin 800 manat olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
Eyni zamanda, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Belə ki, hazırda 100 manat məbləğində gəlir vergisi üzrə azadolma yalnız bu kateqoriya üzrə şəxslərin valideynlərinə və arvadlarına (ərlərinə) münasibətdə tətbiq edilir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

