/ / Türkiyəli hərbi ekspert: “Qarabağ zəfərini qazanan hərbi qüvvənin arxasında dayanan güclü Lider iradəsi idi ”
Türkiyəli hərbi ekspert: “Qarabağ zəfərini qazanan hərbi qüvvənin arxasında dayanan güclü Lider iradəsi idi ”
24.12.2022 [15:58]
Bu gün Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Bizə İlham verən Ali Baş Komandanımız” mövzulu tədbir keçirilib.
“Yeni Azərbaycan”ın Ankara bürosunun xəbərinə görə, tədbirdə TADİV rəhbəri Aygün Əttar, Türkiyə Prezidentinin Baş Müşaviri Ayşə Türkmən, Türkiyə-Azərbaycan Parlementlərarası Dostluq Qrupu rəhbəri Şamil Ayrım, digər millət vəkilləri, Azərbaycanın Türkiyədədki səfirliyinin nümayəndələri, elm, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bahçaşehir Universitetinin müəllimi, Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağarın tədbirdə İkinci Qarabağ Müharibəsinin qələbə ilə başa çatmasının səbəbləri və bu savaşda Ali Baş Komandan olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rolundan, liderlik xüsusiyyətlərindən bəhs edən çıxışı dinlənilib.
A.Ağar bildirib ki, Qarabağ nüharibəsinin uğurunun səbəblərini araşdırmaq üçün 9 ay Azərbaycanda olub və Cənab İlham Əliyevin razılığı ilə Qarabağ Müharibəsi haqqında ikicildli kitab yazıb. O, yaxın zamanlarda işıq üzü görəcək kitabının hazırlığı üçün müharibədə iştirak edən yüksək səviyyəli hərbiçilərlə görüşdüyünü, müharibə içtirakçıları, qazilər və şəhid ailələrilə ünsiyyətdə olduğunu bildirib.
A.Ağar müharibənin ilk vaxtlarında ermənilərin “yeni savaş, yeni torpaqlar” iddiasında olduğu bir mərhələdə Prezident İlham Əliyevin bir Ali Baş Komandan olaraq çox önəmli bir qərar verdiyini bildirib: “Cənab İlham Əliyev bu gün “Şuşa Bəyannaməsi” adını verdiyimiz, Türkiyə ilə hərbi müttəfiqlik yolunu seçdi. Halbuki İlham Əliyev Rusiyaya üz tutmaqla münaqişəni ən asan yolla həll edə bilərdi, amma o ən çətin yolu seçdi”, deyə hərbi ekspert bildirib.
“Ölümün üzərinə getmək” türkdən başqa bir millətə məxsus olmayan xislətdir. O əsgərlər düşmənin iradəsini ölümün üzərinə getməklə qırdılar. Yəni bu savaşın taleyini müəyyənləşdirən o güclü iradə oldu. O iradənin arxasında isə güclü bir lider dayanırdı”, deyə bildirən natiq onu da əlavə edib ki, İkinci Qarabağ müharibəsi doğru bir zamanda dayandırılıb: “Savaş yalnız hərbi idaretmə ilə idarə olunmur, burada müdrik bir lider qərarı da çox önəmlidir. Ən kritik anda dövlət başçısının müdaxiləsi son dərəcə vacib idi və o qərar verildi. Əlbəttə çox istərdik ki, ermənilərin “Artsax” dediyi Xankəndini o gün alaydıq.
Əlbəttə mübazrəmiz bitmədi, davam edir. Böyük uğurlara imza atılacaq. Biz bütün insanlarla insanlıqda, müsəlmanlarla dində, amma türklərlə qanda qardaşıq. O səbədən qan qardaşlarımızla son damla qanımıza qədər vuruşmağa hazırıq.
A.Ağar Azərbaycanın dövlət başçısı İlam Əliyevi doğum günü münasibətilə təbrik edərək, çıxışına son verib.
Sevil Hilalqızı Ünal, Ankara
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

