İcra hakimiyyətlərinin səlahiyyətləri niyə azaldılır?
16.12.2022 [10:25]
Vahid Əhmədov: Bu gün ölkəmizdə Naxçıvan Muxtar Respublikası ilə birgə 15 iqtisadi rayon mövcuddur
Ölkəmizdə aparılan islahatlar, iqtisadi və sosial sferada həyata keçirilən əsaslı pozitiv dəyişikliklər dövlətimizin inkişafına xidmət göstərir. Eyni zamanda, cəmiyyətin bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini də zərurətə çevirib. Bu mənada, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar xüsusi əhəmiyyət daşıyır. Vurğulanmalıdır ki, reallaşdırılan struktur islahatları dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq baxımından əhəmiyyətli rol oynayır. Məsələn, Prezidentin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmanı, eləcə də “Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Sərəncamı da bu mənada diqqəti cəlb edir. Azərbaycan dinamik və hərtərəfli şəkildə, uğurla inkişaf edən bir ölkədir və onun inkişafı daha çevik struktura malik idarəetmə tələb edir, bu baxımdan struktur vahidlərində islahatların aparılması mühüm şərtlərdəndir. Eyni zamanda, bu islahatlar özündə bir sıra dəyişiklikləri də zəruri edir. Məsələn, yeni struktur islahatları yerli icra orqanlarının səlahiyyətlərinin azaldılmasına yol açır. Regional qurumların formalaşdırılması, onların mərkəzi icra orqanına tabe olması yerli icra hakimiyyətlərinin ləğvi məsələsini aktuallışdırırmı?
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, 2003-cü ildə Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin ardından fərqli istiqamətlər üzrə çoxsaylı islahatlar həyata keçirilib. Bu islahatlar hazırda da davam edir. “Bu islahatların arasında struktur islahatları xüsusi yer tutur. Bunlar olduqca vacibdir. Eyni zamanda, Azərbaycanda yerli idarəetmə mexanizminin dəyişməsi zərurəti mövcuddur. Məsələn, bu qədər icra hakimiyyətlərinin olmasılazım deyil. Bu gün ölkəmizdə Naxçıvan Muxtar Respublikası ilə birgə 15 iqtisadi rayon mövcuddur. Fikrimcə, həmin 15 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəsi təyin edilməlidir. Həmin xüsusi nümayəndələrin isə çevik və optimal aparatı formalaşdırılmalıdır. Həmin aparat işlək xüsusiyyətə malik olmalıdır. Bu gün yerli icra hakimiyyətlərinin aparatları kifayət qədər şişirdilib. Həmin aparatların fəaliyyətində çox ciddi problemlər nəzərə çarpır. Hazırda bəzi qurumların yerli idarələri regional idarələrdə birləşdirilir. Bu, təhsil, mədəniyyət sahəsində tətbiq edildi. Ən son isə Gənclər və İdman Nazirliyinin regional idarələrinin formalaşdırılmasının şahidi olduq. Bütün bunlar gələcəkdə məhz iqtisadi rayonlarla əlaqədar böyük islahatların keçirilməsi üçün gedən hazırlıqdır. Bu fəaliyyət mexanizmi çevik idarəetmə üçün əsas mexanizmlərdən biridir. Burada həm birbaşa kadr, həm də struktur islahatları aparılır”.
Millət vəkilinin sözlərinə görə, regional idarələrin yaradılmasının, yerli idarələrin ləğvinin icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması və ya yüksəldilməsi kimi dəyərləndirmək düzgün deyil. Biz əgər regionların inkişafını istəyiriksə, orada çevik və işlək idarəetmə aparatı qurulmalıdır. Həmin çevik aparatlar isə bölgələrə investisiya gətirməlidir, əlaqələr qurmalıdır. Amma indiki halda rayon icra hakimiyyəti orqanları investisiya gətirməkdə maraqlı deyil. Hesab edirəm ki, 15 iqtisadi rayon üzə idarəetmə mexanizmi formalaşdırılmalıdır. Necə ki, Ağdamda, Şuşada Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Bu addımlarla problemin birdəfəlik həllinə nail olunacaq. Bu islahatlar mütləq keçirilməlidir və aparılan hazırki struktur islahatları da buna xidmət edir”, - deyə V.Əhmədov əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

