Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin rolu
13.12.2022 [11:05]
Ankarada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib
Türkiyənin paytaxtı Ankara şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
“Yeni Azərbaycan”ın yerli bürosunun məlumatına görə, öncə Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin anım mərasimi təşkil olunub.
Mərasimdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AkParti) Xarici əlaqələr bölməsinin rəhbəri Mehmet Ceylan, digər deputatlar, ziyalılar, qardaş ölkədə hərbi təhsil alan kursantlarımız, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Heydər Əliyevin parkdakı abidəsi önünə əklillər və qərənfillər qoyulub.
Sonra Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondundakı (TADİV) Şuşa Konqres Mərkəzində Ulu Öndərin xatirəsinə anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin, TADİV-in, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Xarici əlaqələr bölməsinin və Yeni Azərbaycan Partiyasının nümayəndələrinin iştirakı ilə baş tutub.
Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində xüsusi rol oynayıb
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra giriş sözü TADİV rəhbəri Aygün Əttar açaraq bildirib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev zamanın fövqündə duran dahi şəxsiyyət olub, onun “Bir millət, iki dövlət” fikiri Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində xüsusi əhəmiyyət daşıyır ki, bu gün belə bir münasibətin dünyada alternativi yoxdur.
Müasir Azərbaycanın memarı
Səfir R.Məmmədov deyib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarı olmaqla yanaşı, bugünkü Azərbaycanın müdafiə və hərbi sənaye sahəsindəki uğurlarında Türkiyənin göstərdiyi dəstəyin təməlini qoyan şəxsiyyətdir.
Heydər Əliyevin dəstəyilə təhsil alan tələbələr bu gün Azərbaycan-Türkiyə münasibətlərində önəmli rol oynayırlar
Ə.Əmiraslanov deyib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlmə ərəfəsində Azərbaycanın xarici və daxili əlaqələrində siyasi böhran yaşanıb və onun uğurlu siyasəti nəticəsində ölkədə sabitlik bərqərar olub. Ə.Əmiraslanovun sözlərinə görə, həmin dövrdə azərbaycanlı tələbələrin Türkiyədə təhsil almasında Heydər Əliyevin önəmli rolu olub ki, həmin tələbələr bu gün yüksək dairələrdə Azərbaycan-Türkiyə münasibətlərində əhəmiyyətli rol oynayırlar.
TBMM millət vəkili Şamil Ayrım, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov, AkParti Xarici əlaqələr bölməsinin rəhbəri Mehmet Ceylan və digər çıxışçılar Heydər Əliyevin fəaliyyətlərini müxtəlif aspektlərdən səciyyələndiriblər.
Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin rolu
Çıxışlardan sonra “Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin rolu” adlı panel keçirilib.
Paneldə Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, professor Zakir Avşarın moderatorluğu ilə Giresun Universitetinin Xarici əlaqələr bölməsinin rəhbəri, professor Yalçın Sarıkaya, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Əlaqələr Şurasının üzvü, professor İsmail Safi, Diplomatiya Fondunun rəhbəri, dosent Oğuzhan Bilgin, “SOCAR Türkiye”nin Kommunikasiya və Dövlətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Yusifov, Türkiyədən olan gənc elm adamları, magistrantlar mövzu ilə bağlı çıxış ediblər.
“Beynəlxalq münasibətlər perspektivindən Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu” mövzusunda danışan Yalçın Sarıkaya bildirib ki, 1918-ci ildə müstəqil Azərbaycanın qurucuları Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının ucaltdıqları bayraq Heydər Əliyevin yüksək iradəsi və uzaqgörən siyastilə bir daha enməz oldu.
Azərbaycan tarixi Türkiyədə kifayət qədər öyrənilməyib
Azərbaycan tarixinin Türkiyədə hələ də kifayət qədər öyrənilmədiyini vurğulayan Yalçın Sarıkaya Heydər Əliyevin sovetlər dönəmində Azərbaycanda məqsədli şəkildə türkçülüyün məhvinə yönləndirilmiş planların qarşısını aldığını deyib: “Heydər Əliyevin əzmi və mübarizəsi bu fürsəti o planı quranlarının əlindən aldı. Bundan başqa, Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik müddətində öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində ölkəsini Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxardı”.
Ombudsmanlıq İnstitutu, torpaq islahatları, neft-qaz müqavilələri, təhsilin və ordunun inkişafında Heydər Əliyevin xidmətləri böyükdür
Çıxışçı onu da qeyd edib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda ombudsmanlıq institutunun qurulmasında, torpaq islahatlarında, təhsil sahəsində, 1997-ci ildə Azərbaycanla Türkiyə arasında müdafiə və hərbi sənaye sahəsində bağlanan müqavilələrdə, xarici əlaqələrin inşasında, neft və qaz kontraktlarının bağlanmasında son dərəcə önəmli xidmətləri olub.
İsmayıl Safi “Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyev şəxsiyyətinin rolu”, Oğuzhan Bilgin “Heydər Əliyev və Naxçıvandan türk dövlətləri təşkilatına gedən yol”, Mikayıl Yusifov “Azərbaycanın enerji siyasətində Heydər Əliyevin rolu” mövzularında çıxışlar ediblər.
Türkiyəli tələbələrin “Səmimi Heydər Əliyev” filmi
Türkiyəli universitet tələbələri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinin təməlinin güclənməsindəki rolundan bəhs ediblər, tələbələrin Heydər Əliyev haqqında hazırladıqları videomateraiallar, “Səmimi Heydər Əliyev” filmi nümayiş etdirilib.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

