ABŞ-ın 5-ci nəsil qırıcılarına bərabər “Bayraktar Kızılelma”...
13.12.2022 [10:38]
Azərbaycan Ordusu üçün də nəzərdə tutulur
Türkiyənin ilk pilotsuz qırıcısı olan “Bayraktar Kızılelma”nın ilk uçuşu bir ay ərzində həyata keçirilə bilər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində gənclərlə görüşü zamanı bildirib. O, qeyd edib ki, Türkiyə artıq öz raketlərini də istehsal edir.
Ərdoğan, həmçinin terrorla mübarizə mövzusuna toxunaraq, ABŞ-ın Suriyanın şimalına 4-5 min yük maşını ilə silah və sursat göndərdiyini bildirib. O, bu barədə Ankaranın rəsmi Vaşinqtona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, ABŞ-ın terrorçulara dəstəyini dayandırmadığını vurğulayıb.
Qardaş ölkənin istehsal etdiyi “Bayraktar Kızılelma” pilotsuz qırıcısının funksiyaları və əhəmiyyətini “Yeni Azərbaycan”a şərh edən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Türkiyənin müdafiə sənayesi digər ölkələrdən asılılığını minimuma endirmək üçün müxtəlif döyüş texnikaları və aviasiya vasitələrinin istehsalını həyata keçirməkdədir. Bu sahədə görülən işlərin uğurla davam etdiyini vurğulayan ekspert bildirib ki, Türkiyə artıq dünyada silah-sursat və hərbi texnikaların idxalçısından daha çox müasir hərbi texnikaların istehsalçısına çevrilir: ““Bayraktar Kızılelma” pilotsuz qırıcısının texniki xüsusiyyətləri hələlik dəqiq məlum deyil. Çünki sınaqlar başa çatdıqdan və yalnız seriya istehsalından sonra dəqiq məlumat açıqlanacaq. Ancaq hər bir halda Türkiyənin hərbi texnologiya sahəsində xüsusi imkanlara malik olduğunu xüsusilə qeyd edə bilərik. “Bayraktar Kızılelma” Amerikanın 5-ci nəsil qırıcılarına bərabərdir, bəlkə də daha üstün xüsusiyyətlərə malikdir. Pilotsuz versiyada istehsal olunan bu qırıcı çox güman ki, daha böyük sürət xüsusiyyətlərinə malik olacaq. Bu da insan orqanizmini ciddi yüklənmələrdən qorumaq məqsədini daşıyır. Başqa sözlə desək, insan orqanizmi yüksək sürətlənməyə tab gətirə bilmir. Ona görə də “Bayraktar Kızılelma” qırıcıları yüksək göstəricilərə malik olduğu üçün onun pilotsuz versiyada istehsalı düşünülüb. Bu texnika barmaqla sayıla biləcək ölkələr tərəfindən istehsal edilir. Ancaq onların hər biri qardaş ölkənin istehsal etdiyi pilotsuz qırıcılardan geri qalır. Türkiyənin uğuru Azərbaycanın uğuru deməkdir. Eyni zamanda Türkiyədə istehsal edilən hərbi texnikalar yalnız türk ordusu üçün yox, həmçinin Azərbaycan üçün nəzərdə tutulur. “Bayraktar Kızılelma”nın istehsalı isə həm Azərbaycan, həm də Türkiyənin digər müttəfiqləri üçün uğurlu addımlardandır. Hesab edirəm ki, Azərbaycan zamanı gələndə həmin qırıcıları əldə etmək imkanına malik olacaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45

