Şəxsi məlumatları necə qoruyaq?
30.11.2022 [11:17]
Bu gün Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür
Səidə RƏHİMLİ
Smartfonlar, planşetlər və kompüterlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün günü əlimizdən düşməyən telefonlarımızda, işlərimizin çoxunu həll etdiyimiz planşet və kompüterlərimizdə məxfi qalmalı olan şəxsi məlumatlarımız, bank hesablarımız, şifrələrimiz var. Texnologiyanın inkişafı həyatımızı daha asan və səmərəli etsə də, bu texnoloji irəliləyişlər məxfilik və təhlükəsizliklə bağlı yeni narahatlıqlar da gətirir. Yalnız fərdi insanlar üçün deyil, biznes təşkilatları, dövlət idarələri, müəssisələr, banklar üçün də informasiya təhlükəsizliyini təmin etmək vacibdir.
Artıq 34 ildir ki, informasiya təhlükəsizliyi ilə bağlı olan məsələləri, bu sahədə yaranan problemləri və onların həllini işıqlandırmaq məqsədilə hər il 30 noyabr tarixi Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü olaraq qeyd olunur. Bu günün yaranmasının isə maraqlı tarixi var.
1980-ci illərdə kompüterlərdən istifadə tədricən artırdı və internetin yeni yarandığı vaxtlar idi. 30 noyabr 1988-ci ildə “Morris soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla,
ARPANET-in minlərlə qovşağının fəaliyyətinə ciddi ziyan vurdu. Virusun vurduğu ziyan hesablamalara görə, təxminən 100 milyon dollar dəyərində idi. Məhz bu hadisədən sonra insanlar informasiya təhlükəsizliyinin vacibliyini dərk etdilər və bu istiqamətdə işlər görülməyə başlanıldı. Həmin il Kompüter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü olaraq elan etdi. Bir çox ölkələrdə hər il bu tarixdə informasiya təhlükəsizliyi haqqında ictimai maarifləndirmə məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Ölkəmizdə informasiya təhlükəsizliyinin hər sahədə təmin edilməsi üçün ciddi işlər aparılır, informasiya təhlükəsizliyinin pozulması ilə bağlı qanunlara zidd əməllər aşkar olunduqda həmin şəxslər qanunlara uyğun olaraq cəzalandırılırlar.
Bəs biz şəxsi məlumatlarımızı düzgün qoruya bilirikmi? Bunun üçün nələrə diqqət yetirməliyik?
İnformasiya təhlükəsizliyimizi təmin etmək üçün mürəkkəb şifrələrdən istifadə etməli və şifrələrimizi mütəmadi olaraq yeniləməliyik. Şifrələr nə qədər uzun və tərkibi mürəkkəb olarsa, onun başqası tərəfindən ələ keçirilməsi riski o qədər azalar. Mürəkkəb şifrələr üçün böyük və kiçik hərflərdən, rəqəmlərdən və fərqli simvollardan istifadə edə bilərik. Şəxsi hesablarımıza eyni şifrəni qoymamağa diqqət yetirək. Çünki eyni şifrədən istifadə etməklə hesabımızdan birinə daxil olmağı bacaranların digərlərinə də daxil olmasını asanlaşdırmış oluruq. Bunlardan əlavə, bir çox proqramlarda bizə təqdim olunan iki faktorlu doğrulamanın aktivləşdirilməsi də şəxsi məlumatlarımızı qoruya bilməyimiz üçün vacib addımdır. Bu, şəxsi hesabımıza daxil olan zaman şəxsiyyətimizi dəqiqləşdirmək üçün istifadə olunan təhlükəsizlik üsuludur.
Digər tərəfdən, kompüterlərimizdə, telefonlarımızda və planşetlərimizdə güvənli antivirus proqramlarından istifadə edə bilərik. Sistemin icazə vermədiyi, yükləyən zaman xəbərdarlıq etdiyi proqramları və ya faylları yükləməkdən çəkinməliyik. Viruslar şəxsi məlumatlarımızın oğurlanmasını asanlaşdıran vasitələrdir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

