İran anti-Azərbaycan fəaliyyətini davam etdirir
29.11.2022 [10:38]
Tehran regiondakı maraqlarını Ermənistanla “uzlaşdırmağa” çalışır
İranın son dövrlər nümayiş etdirdiyi anti-Azərbaycan davranışları yeni görkəm almaqdadır. Belə ki, müəyyən dövrdə bəzi İran rəsmilərinin münasibətləri yumşaltmaq üçün səsləndirdikləri fikirlərin qeyri-səmimi olması növbəti mərhələlərdə aşkar şəkildə üzə çıxır. Məsələn, İranda “Qafqazın gələcək perspektivi” adlı tədbir keçiriləcək. Bu barədə iki gün öncə Azərbaycan əleyhinə fəaliyyətini dayandırdığını elan edən ermənipərəst ekspert Ehsan Movəhhediyan Tvitter-də yazıb: “Çərşənbə günü bizim Ermənistan səfirinin iştirakı ilə Qafqazın gələcəyi ilə bağlı toplantımız olacaq və mən İran-Ermənistan münasibətlərinin patologiyası ilə bağlı çıxış edəcəyəm”.
Tədbirin tam adı “Qafqazın gələcək perspektivi: Ermənistanın Qafqazın gələcəyinə yanaşması və regional və beynəlxalq güclərin fəaliyyətinin regionun gələcəyinə təsiri” kimi qeyd edilir. Tədbirə Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan xüsusi qonaq qismində, anti-Azərbaycan mövqeyi ilə tanınan Şüeyb Bəhmən “Rusiyanın Qafqaza münasibəti” mövzusunda, ekspert Siyamək Kakayi “Türkiyənin Qafqazla bağlı fəallığı” mövzusunda, Azərbaycan əleyhinə qatı mövqeyi ilə tanınan siyasi şərhçi Əhməd Kazemi isə “Sionist rejimin Qafqaza münasibətdə fəallığı” mövzusunda çıxış edəcəklər.
Qeyd edək ki, ekspertin bununla bağlı dərc etdiyi elanda tədbirin onun rəhbərlik etdiyi “Əbrar-e Moaser” Araşdırma İnstitutu ilə İran Milli Müdafiə Universiteti yanında Milli Təhlükəsizlik İnstitutu tərəfindən keçiriləcəyi bildirilib.
Artıq bu kimi tədbirlərin açıq müstəviyə çıxması, həm də İranın regionla bağlı fərqli maraqlardan çıxış etməsinin bariz sübutudur. Bu, o deməkdir ki, İran özünün düşmənçilik mövqeyindən nəinki əl çəkmir, hətta bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyə çalışır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov da qeyd edib ki, İranın anti-Azərbaycan mövqeyi artıq dayanıqlı xarakter almağa başlayıb və bu mövqenin daha da genişləndirilməsi üçün müxtəlif tədbirlər, seminarlar, dəyirmi masalar təşkil olunur. Bu, qəbulolunmaz haldır: “Azərbaycanın müstəqil geosiyasi aktor kimi mövcudluğunun İranı narahat etməsi şübhəsizdir. Digər tərəfdən, Azərbaycanın müstəqil geosiyasi subyekt kimi özünü bütün dünya miqyasında nümayiş etdirməsi də rəsmi Tehranın bizə qarşı münasibətinin tam ortaya çıxmasında əsaslı rol oynayıb. Vətən müharibəsi və bu müharibədəki Zəfər bunun əyani göstəricisidir. İran başda olmaqla bir sıra dövlətlər Azərbaycanın gücünə, qüdrətinə, silahlı qüvvələrinin rəşadətinə inanmırdılar. Böyük və tarixi qələbəmiz İranın regiona münasibətində qısqanclıqları ortaya çıxardı. Artıq Zəngəzur dəhlizinə qarşı fikirlər geniş məzmunda dilə gətirilir. Eyni zamanda, Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmalar fonunda Moskvanın məğlubiyyətləri İranı bir qədər də ruhlandırır. İran Cənubi Qafqazda öz varlığını daha geniş şəkildə nümayiş etdirmək üçün cəhdlər göstərir. Rusiyanın güclü, eyni zamanda, Cənubi Qafqazda mövqeyinin möhkəm olduğu zamanlarda İran bu cür tədbirlər keçirməyə cürət etməzdi. Adıçəkilən tədbirdə müxtəlif dövrlərdə televiziya ekranlarında çıxış edən ekspertlər də iştirak edəcəklər. Eyni zamanda, konfransda İsrailin, Rusiyanın regionda mövqeyi, Aİ-nin, ABŞ-ın regional maraqları kontekstində İranın baxışları, Ermənistanın atacağı addımlar müzakirə olunacaq. Bütün bunlar onu göstərir ki, İran artıq KİV seqmenti ilə yanaşı, siyasi ekspert müstəvisində də ciddi proseslər aparmaq niyyətinə düşüb. Bu proseslər rəsmi Bakı tərəfindən də diqqətlə izlənir”.
İ.Hüseynovun fikrincə, İran Azərbaycanın İsraildə səfirlik açmasını, xarici siyasət vektorlarını aydın şəkildə ifadə etməsini özü üçün təhdid kimi qiymətləndirir. Bu da qəbulolunmaz bir yanaşmadır. “Bizim xarici siyasətimiz kifayət qədər açıq və şəffafdır. Azərbaycan öz qonşuları ilə mehriban qonşuluq siyasəti çərçivəsində əlaqələrin qurulmasında maraqlıdır və bu, atılan addımlar heç bir vəchlə üçüncü dövlətə qarşı çevrilməyib. Bunu İran dövləti anlamalıdır. İran tərəfi, həm də öz ərazisində yaşayan azərbaycanlıların fundamental hüquq və azadlıqlarına böyük hörmət nümayiş etdirməlidir. Biz isə görürük ki, İrandakı soydaşlarımız assimilyasiyaya məruz qalırlar, müxtəlif təqiblər həyata keçirilir. Bu da qəbulolunmaz yanaşmadır. Azərbaycan bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəçisi qismində çıxış edir. Düşünürəm ki, anti-Azərbaycan mövqeli insanların bir çətir altına yığılması, xüsusilə İrandakı erməni səfirinin iştirakı ilə bir tədbirə dəvət olunması ölkəmizə qarşı qərəzli planların müzakirəsinin keçiriləcəyindən xəbər verir. Ona görə də bu tədbir və onun nəticələri bizim üçün heç bir mahiyyət kəsb etməsə də, orada səslənən fikirləri öyrənmək, təhlil etmək və ona uyğun olaraq preventiv tədbirlər həyata keçirilməsi vacibdir. Orada səslənəcək hər bir fikir ölkəmiz tərəfindən diqqətlə araşdırılmalıdır”, - deyə politoloq əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

