Nazirlərin üçtərəfli görüşü...
26.11.2022 [10:36]
Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən yaradılan yeni platforma regionun inkişafı üçün önəmlidir
Nardar BAYRAMLI
Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib. Görüşdə Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyəti də iştirak edib.
Görüşün əhəmiyyətindən danışan politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, bu platforma həm üç ölkə arasında nəqliyyat və kommunikasiya sahəsində işbirliyini gücləndirəcək, həm də ölkələrimizin tranzit potensialının genişləndirilməsinə töhfə verəcək. Üç ölkənin birgə ardıcıl səyləri ilə yeni yaradılan üçtərəfli format həm regional, həm də daha geniş səviyyədə təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv mexanizm kimi özünü doğruldacaq. Görüş həm ikitərəfli, həm də çoxtərəfli platformalarda yüksək səviyyədə tərəfdaşlıq münasibətlərini bölüşən üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının daha da genişləndirilməsi imkanlarının müzakirəsinə şərait yaradıb. Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına da diqqət yetirilib. Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılması məqsədilə işlər görüləcək. Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönəlmiş əməkdaşlıqda əldə edilən nailiyyətlər böyük əhəmiyyətə malikdir.
Politoloq xatırladıb ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur. Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Türkiyə arasında sıx ikitərəfli əməkdaşlıq mövcuddur. Bu dövlətlər regional əməkdaşlıq kontekstində, o cümlədən Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirirlər. Nəqliyyat və kommunikasiya sahələri ölkələrimiz arasında regional iqtisadi əməkdaşlığın təməl daşlarından biridir.
R.Alıyev deyib ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əlverişli coğrafi mövqe sözügedən üç dövləti Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirir. Bu baxımdan həmin ölkələr arasında, habelə dövlətlərin ərazilərindən keçməklə ticarət potensialından tam istifadə edilməsi üçün effektiv nəqliyyat və kommunikasiyanın olması vacibdir. Nəqliyyat bağlantısı məsələsi Azərbaycanın milli iqtisadi inkişaf gündəliyində hər zaman mühüm yer tutub. Magistral avtomobil yolları, dəmir yolu və sərhəd infrastrukturu, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artan tranzit axınını qarşılamaq üçün səmərəli imkanlar yaradır. Ölkələrimizin təşəbbüsü və dəstəyi ilə tranzit imkanlarının artırılmasına və hər üç ölkə tərəfindən tranzit daşımalarda fəal istifadə olunmasına yönəlmiş beynəlxalq nəqliyyat və kommunikasiya infrastrukturu layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilib.
Onun sözlərinə görə, hər üç dövlət tranzit potensialının artırılmasında “Transxəzər Şərq-Qərb Orta Dəhliz” - Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərindən keçən multimodal nəqliyyat marşrutuna xüsusi önəm verir: “Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylər gücləndirilməlidir. Məhz bu baxımdan üçtərəfli əməkdaşlıq çox aktualdır, çünki son regional hadisələr Asiya və Avropa arasında ticarət üçün Orta Dəhlizin əhəmiyyətinin artdığını açıq şəkildə nümayiş etdirir. Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivləri böyükdür. Bu dəhliz Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində daha yaxşı bağlantını artırmaq potensialına malikdir və Qazaxıstan-Azərbaycan-Türkiyə nəqliyyat marşrutu üzrə daha qısa əlaqəni təmin edir. Dəhlizin tez bir zamanda işə salınmasını təmin etmək üçün bu prosesdə bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi vacibdir”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

