/ / İCAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının Bakı Bəyanatı
İCAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının Bakı Bəyanatı
22.11.2022 [22:02]
Biz, 10 ölkənin 11 siyasi partiyasının liderləri və nümayəndələri 2022-ci il 20-22 noyabr tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda İCAPP-ın xüsusi konfransına toplaşaraq “Sülhyaratma proseslərində siyasi partiyaların iştirakı” və “Siyasi partiyalar arasında əməkdaşlıq yolu ilə regional və qlobal təhlükəsizliyin təşviqi” adlı iki mövzuya diqqətimizi yönəltdik və aşağıdakıları bir daha təsdiqlədik:
- Milli dövlətlərə əsaslanan qlobal təhlükəsizlik və beynəlxalq hüquq sisteminin böhran yaşadığı hazırkı dövrdə cəmiyyətin bütün təbəqələri ilə sıx təmasları olan siyasi partiyaların sülh və əməkdaşlıq məsələlərində dialoqa töhfə verən vasitəçi və iştirakçı kimi imkanlarından geniş istifadə olunmasına böyük ehtiyac vardır;
- Əksər siyasi partiyaların üzvlərinin və elektoratının müxtəlif etnik, dini, mədəni mənsubiyyəti və dəyərləri olan insanlardan ibarət olması onların tolerantlıq və dialoqun əsas təminatçılarından və təbliğatçılarından birinə çevrilməsinə zəmin yaradır. Siyasi partiyaların gücləndirilməsi daha gözəl gələcək naminə ortaq baxışla birləşən daha güclü və möhkəm cəmiyyətlər deməkdir;
- İdeoloji fərqlərinə baxmayaraq, demək olar ki, bütün partiyaların sülh, əməkdaşlıq, təhlükəsizlik, rifah kimi ortaq bəşəri dəyərləri bölüşməsi cəmiyyət daxilində siyasi partiyalar səviyyəsində qarşılıqlı anlaşma və əməkdaşlıq üçün təməl şərtləri formalaşdırır;
- Hazırkı şəraitdə qlobal sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək baxımından müxtəlif ölkələrin və regionların siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, onların vaxtaşırı bir araya gələrək aktual qlobal məsələləri müzakirə etməsinin, təcrübə və fikir mübadiləsi aparmasının, konkret mövzular üzrə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti daha da artmışdır.
- 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli bəyanat Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə zəmin yaratmış, bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizlik və hərtərəfli əməkdaşlıq üçün yeni imkanlara yol açmışdır. Cənubi Qafqazda sülh və təhlükəsizliyin faydalarının yalnız bu iki ölkənin sərhədləri ilə məhdudlaşmadığına inanan İCAPP davamlı əməkdaşlıq vasitəsilə regionun sülh və təhlükəsizliyinin genişləndirilməsi və möhkəmləndirilməsinə sadiqdir.
Biz ev sahibliyi edən Azərbaycan Respublikasının Yeni Azərbaycan Partiyasına səmimi qonaqpərvərliyə və konfransın mükəmməl təşkilinə görə dərin minnətdarlığımızı ifadə etdik. Həmçinin İCAPP Katibliyinə konfransın uğurla keçməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildirdik.
Sənəd 2022-ci il noyabrın 22-də Azərbaycanın Bakı şəhərində yekdilliklə qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

