Dünənin, bu günün, sabahın partiyası
19.11.2022 [10:59]
Heydər Əliyev prinsipləri Azərbaycan yaşadıqca yaşayacaq
Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlətçilik tarixində yeri, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesindəki rolu əvəzolunmazdır. Ölkəmizdə siyasi sabitliyin bərqərar olunması və qorunması, demokratik dəyərlərin təkamülü, keçid dövrünü yaşayan Azərbaycanda bazar iqtisadiyyatının möhkəm təməllər üzərində möhkəmlənməsi, Azərbaycan cəmiyyətinin inteqrasiyası, siyasi institutların yaradılması və vətəndaş cəmiyyətinin qurulması kimi dövlətimiz qarşısında dayanan tarixi əhəmiyyətli məsələlərin həllində Yeni Azərbaycan Partiyasının rolu çox böyük olmuşdur. Azərbaycan dövlətçiliyinin ən çətin və mürəkkəb bir dövründə təsis olunmuş YAP dünya tarixində çox nadir partiyalardandır ki, yaradıldığından sadəcə 7 ay sonra ölkədə iqtidara gəlib. Bu gün YAP-ın yaranmasından ötən 30 ildə əldə olunan uğurları, bu partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətindəki xidmətlərini təhlil edərkən, şübhəsiz ilk olaraq bu partiyanı yaradan, onun meydana çıxmasını zəruri edən tarixi şərtlərə nəzər salmaq lazımdır.
Dünya praktikasında siyasi partiyaların yaranması dövlətin və xalqın sosial sifarişinə əsaslanır. Bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı statusunu daşıyan Yeni Azərbaycan Partiyası da məhz xalqın sosial sifarişi əsasında yaradıldı. Ağır, ölkənin keşməkeşli günlərində, ciddi sınaqlarla üz-üzə dayanıldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranan Yeni Azərbaycan Partiyası 1988-ci ildən başlanan siyasi proseslərin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürüyən dərin siyasi, iqtisadi, sosial böhran xalqın öncül qismi sayılan ziyalıları, tanınmış insanları bu ağır çətinliklərdən xilas olmağın yolunu bilən yeganə şəxsin - Ümummilli liderimiz Heydər Əliyev ətrafında sıx birləşməyə və onun müdrik siyasəti nəticəsində dövləti və milləti böhrandan çıxara biləcək yeni bir partiya yaratmağa istiqamətləndirdi. Hər zaman öz xalqının lideri olmaq məsuliyyətini üzərinə götürən və Azərbaycanın çətin günlərini onunla bərabər yaşamağı bacaran Heydər Əliyev siyasi partiya yaratmaq və ölkənin siyasi həyatında fəal rol oynanması müraciətini qəbul etdi. Amma o dövrdə hakimiyyətdə olan insanların yaratdığı maneələr ucbatından yaranacaq siyasi partiyanı paytaxt Bakıda təsis etmək mümkün olmadı. Ulu Öndərin Bakıya gəlişi hakimiyyət dairələri tərəfindən əngəlləndi. Amma bu yollarla, maneələrlə insanların inamını qırmaq, onları yollarından döndərmək mümkün deyildi. Təşəbbüs qrupunun bir hissəsi - 550 nəfərdən ibarət nümayəndə heyəti Naxçıvana gedərək partiyanın təsis konfransını keçirirdilər. Azərbaycanda yeni bir siyasi tarixin əsasını qoyan 1992-ci ilin 21 noyabrında keçirilən təsis konfransının da sədri ulu öndər Heydər Əliyev idi. Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi həmin konfransda qəbul edildi. Yekdilliklə partiyanın sədri seçilən Ümummilli Lider müstəqil Azərbaycan tarixinin gələcək siyasi inkişaf prosesinin əsasını qoydu. Bu gün nəinki bölgədə, hətta dünyada özündən söz etdirməyi bacaran, fəaliyyətində yeni siyasi texnologiyalardan istifadə edən, ətrafında 800 minə qədər üzvü birləşdirən Yeni Azərbaycan Partiyası dövlətin siyasi institutlarının inkişafında böyük və tarixi missiyanın öhdəsindən bacarıqla gəldi.
YAP-ın Proqramında əsas vəzifələr kimi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi nəzərdə tutulur. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
YAP dünyada, bəlkə də, tək-tək partiyalardandır ki, yaranışından az sonra hakimiyyətə gələ bilsin. 1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının Sədri, ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ölkə tarixi ilə yanaşı, Yeni Azərbaycan Partiyasının da gələcəyində yeni dövrün əsasını qoydu. 1995-ci ilin noyabr ayında keçirilən Parlament seçkilərində növbəti uğura imza atan Yeni Azərbaycan Partiyası sözün əsl mənasında iqtidar partiyasına çevrilməyi bacardı və bu günə qədər də bu adı özündə saxlaya bilib, xalqın etimadını doğruldub. 1993-cü ildən bu günə kimi bütün seçkilərdə uğur əldə etmiş partiya hər zaman xalqla birlikdə olduğunu nümayiş etdirib və vəhdət yarada bilib.
2003-cü ildə Ulu Öndərin siyasi varisi olaraq dövlət başçısı seçilən Prezident İlham Əliyev Azərbaycanı daha böyük uğurlara daşıyacağı ilə bağlı öz xalqına söz verdi. 2005-ci ildən Yeni Azərbaycan Partiyasına başçılıq edən Prezident İlham Əliyev partiyanın III qurultayında etdiyi çıxışında Yeni Azərbaycan Partiyasının müxalifətdə olan dövrdə belə heç vaxt Azərbaycan dövlətçiliyinə, milli maraqlarına müxalifətdə olmadığını önə çəkdi: “Azərbaycan xalqının müdrikliyi və xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdən şərəflə çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi. Ölkəmiz çox inamla inkişaf etməyə başladı və qısa müddət ərzində Azərbaycan öz siyasi və iqtisadi potensialını gücləndirərək, bölgədə lider dövlətə çevrilmişdir. Bu, böyük tarixi hadisədir”.
Dövlət başçısı hər zaman Heydər Əliyevin siyasətinin yaşamasını zamanın tələbi adlandırıb: “Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq, onu çox uğurla davam etdiririk. Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun siyasəti, fəlsəfəsi yaşayır, yaratdığı müasir, müstəqil Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır”.
2020-ci ildə Vətən müharibəsində ölkəmizin qələbəsinin memarı olmuş Müzəffər Ali Baş Komandan bu gün də dövlətinin səsini bütün dünyaya ən ali kürsülərdən, ən ali tribunalardan çatdırır. 1992-ci ilin soyuq noyabrında Naxçıvandan başlanan dövlətçilik yolu bu gün Azərbaycanımızı qələbələrə aparır. 2021-ci ilin martında baş tutan VII Qurultayda çıxış edən partiya Sədri bildirdi ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın”.
Həqiqətən də, bu gün öz əməlində, prioritetlərində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyası seçdiyi əsas hədəflərə - QÜDRƏTLİ VƏ ZƏNGİN AZƏRBAYCAN, ƏRAZİ BÜTÖVLÜYÜ, SİYASİ SABİTLİK, GÜCLÜ İQTİSADİYYAT, DAVAMLI İNKİŞAF, ƏDALƏTLİ CƏMİYYƏT və LAYİQLİ HƏYAT prinsiplərinə nail olub.
Vaqif Hüseynov
Yeni Azərbaycan Partiyasının üzvü
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

