Türk birliyindən qorxanlara böyük mesaj
12.11.2022 [10:40]
2023-cü il Türk Sivilizasiyasının Yüksəlişi İli elan edilib
Günel ABBASOVA
Ötən gün Türk Dövlətləri Təşkilatına üzv olan ölkə liderlərinin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə Prezident İlham Əliyev Türk dünyası ilə bağlı mühüm məqamlara toxunub. Dövlət başçımızın vurğuladığı əsas məsələlərdən biri də Türk dünyasının əhatə dairəsi ilə bağlı olub. O bildirib ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən deyil, həm də daha geniş coğrafi sərhədlərdən ibarətdir. Heç şübhəsiz, türk sivilizasiyasının tarixi də, coğrafi mövqeyi də kifayət qədər genişdir və bu sivilizasiya gündən-günə yüksəlməkdədir. Məhz bu fikirləri rəhbər tutaraq görüşdə 2023-cü ilin Türk Sivilizasiyasının Yüksəlişi İli elan edilməsi barədə qərar qəbul edilib.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinin sahibi olublar. Bu gün qloballaşan dünyada türkün sarsılmaz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün onun birliyinin bərpa olunmasına ciddi ehtiyac var. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycan-Türkiyə birliyinin timsalında türkün gücünü və yenilməzliyini bütün dünyaya göstərdi.
Hazırda bəşər sivilizasiyası tarixində özünəxas yeri olan türk sivilizasiyası, türk mədəniyyəti, elmi, dövlətçiliyi, hərb sənəti və sair sahələrin hərtərəfli öyrənilməsi üzrə geniş araşdırmalar aparılır, fundamental elmi əsərlər yazılır və bir sıra mühüm addımlar atılır. 2023-cü ilin Türk Sivilizasiyasının Yüksəlişi İli elan edilməsi də bu zəruri addımlardan biridir.
Milli Məclisin üzvü, professor Nizami Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Səmərqənddə baş tutan görüşdə Türk Sivilizasiyası ilə bağlı üç istiqamətdə danışıqlar aparılıb: “Türk sivilizasiyasının tarixinin öyrənilməsi, Türk sivilizasiyasının müasir dövrdə türk məkanında necə təzahür etməsi və gələcəyin proqnozlaşdırılması istiqamətlərində çıxışlar edilib. Türk Dövlətlərinin Zirvə Görüşlərində həmişə diqqəti cəlb edən məsələlər olub və bundan sonra da olacaq. Azərbaycanda ulu öndər Heydər Əliyevin, Türkiyədə Süleyman Dəmirəlin, Qazaxıstanda Nursultan Nazarbayevin bu görüşlərdə və Türk sivilizasiyasının proqramlaşdırılması, öyrənilməsi, nəticələrinin bu gün tətbiq olunmasında ciddi əməkləri var. Hesab edirəm ki, onların çıxışlarından yola çıxaraq kifayət qədər əhəmiyyətli bir proqram ərsəyə gəlib, qərarlar qəbul edilib. Türk dünyasının böyük mədəniyyət nümayəndələrinin və mədəni hadisələrin tarixi yubileylərinin keçirilməsi, onlar barədə təsəvvürün bütün türk dünyası miqyasında genişləndirilməsi, ümumtürk mədəniyyətinin aktı kimi təqdim olunması istiqamətində böyük işlər görülüb.
Həmin sistemli işlər bu gün də davam etdirilməkdədir. Son zamanlar dövlətçilik mədəniyyətinə də xüsusi fikir verilir. Qazax xanlığının türk dünyası səviyyəsində yubileyinin keçirilməsi, Türksoy tərəfindən Türk dünyasını ümumi təmsil edəcək şəhərlərin ilinin qeyd olunması bu addımlara bir nümunədir. Demək olar ki, ilk vaxtlar söhbət ədəbiyyatdan başladı, siyasətə qədər irəlilədi”.
N.Cəfərov qeyd edib ki, bu gün də türk dünyasının əvvəlki liderlərinin yolu davam etdirilir: “Təbii ki, bütün türk dünyasında yeni liderlər meydana çıxmaqdadır. Bu mənada söhbət Azərbaycandan gedirsə, İlham Əliyevin də rolu böyükdür. Türk dünyasının bugünkü liderləri öz sələflərinin ənənələrini davam etdirərək müxtəlif səviyyələrdə türk sivilizasiyasının spektrlərinin təyin olunması, yaddaşlara yenidən qaytarılmasına çalışırlar. Bu sahədə mən deyərdim ən çox görülən işlər müvafiq qurumların, təşkilatların yaradılması ilə bağlıdır. Bu gün artıq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu var. Bunların hər biri həm türk sivilizasiyasının öyrənilməsi məktəbləridir, həm də türk tarixinin unudulmaması baxımından əhəmiyyətlidir”.
Professor vurğulayıb ki, Türk Sivilizasiyasının Yüksəliş İlinin elan olunması, həm də dünyada türklərin birləşməyindən narahatlıq duyanlara yaxşı mesajdır: “Səmərqənddə qəbul edilən bu qərar bütün dünyaya belə bir mesaj verir: Türk dünyasının birliyi dünyanın xeyrinədir və dünyaya artıq kultural dəyərlər gətirir. Türk dünyasına və türk sivilizasiyasına maraq, həm də bir sıra geniş yayılmış xəstəliklərin qarşısını alır. Yəni bu bir milliyətçilik deyil. Əksinə türk dünyasında həmişə müxtəlif mədəniyyətlərə yer olub və türklər bu mədəniyyəti qoruyub. Bu fikirlər bizim liderlərin çıxışlarında da öz əksini tapır. Burada dünya mədəniyyətlərinin dialoqundan söhbət gedir. Bununla yanaşı türk mədəniyyətini məhv etməyə çalışan qüvvələr var. Biz bunu Ermənistan və onun havadarlarının timsalında gördük. İşğaldan azad olunmuş ərazilərdəki erməni vandalizmi bunun ən bariz nümunəsidir. Ona görə də bu gün dövlət səviyyəsində qəbul olunan qərarlar dövrün tələbidir və bir növ zərurətdən irəli gəlir. Bu sənədlər nə qədər türk dövlətlərini əhatə edən məzmunludursa, bir o qədər ümumbəşəri dəyərə malikdir”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

