Türkiyə Mediasiya qurumları ilə faydalı əməkdaşlıq qurulur
11.11.2022 [12:15]
07 noyabr 2022-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən Ailə Mediasiyası Qurumu, Talya Mediasiya Mərkəzi və Bakı 15 saylı Mediasiya Təşkilatı arasında görüş keçirilib.
Görüşdə Talya Mediasiya Mərkəzinin rəhbəri Ayşe Dilek Erguler, Ailə Mediasiyası Qurumunun həmsədri Nur Özden, həmin qurumların partnyoru Pelin Yücel və Bakı 15 saylı Mediasiya Təşkilatının rəhbəri Qasım Şaliyev iştirak etmişdir.
Görüşdə tərəflər qardaş Türkiyə və Azərbaycanda mediasiyanın inkişafı üzrə qısa zaman ərzində qanunvericilik bazasının qurulmasının tam təmin olunmasını xüsusilə qeyd edərək, davamında aidiyyəti dövlət qurumlarının dəstəklədiyi sağlam mühitdə formalaşan mediasiya təcrübəsinin öyrənilməsi, habelə mübahisələrin həllində mediasiya və danışıqların üstünlüklərinin cəmiyyətə izah edilməsi üzrə birgə araşdırmaların təşkili məqsədi ilə qarşılıqlı informasiya və bilik mübadiləsi həyata keçirdilər.
Görüşün sonunda Talya Mediasiya Mərkəzi ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında əldə edilən razılaşmaya əsasən, tərəflər müxtəlif statuslu elmi konfranslar olmaqla, seminar və panellərin keçirilməsi, mediasiya ilə bağlı layihə və sərgilərdə birgə iştirak edilməsi üzrə qarşılıqlı əməkdaşlıqlarını genişləndirəcəklər.
Razılaşmaya əsasən, Türkiyədəki mediasiya nailiyyətlərinin öyrənilməsi və Bakı 15 saylı Mediasiya Təşkilatında yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq edilməsi, birlikdə mediasiya proseslərinin (co-mediation) aparılması, türk müəlliflərinin mediasiya sahəsindəki məqalə və əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi, digər partnyorlarla birlikdə elmi və elmi-praktiki konfrans, seminar və forumlarda mediasiyanın elmi əsaslarının formalaşdırılmasında birlikdə çalışacaqlar.
Bu əlamətdar razılaşma ilə bağlı mediator Qasım Şaliyev bildirdi ki, bütün mülki mübahisələr, o cümlədən kommeriya, ailə, əmək mübahisələrinin mediasiya yolu ilə həllinə nail olmaq məqsədilə Bakı 15 saylı Mediasiya Təşkilatı xarici təcrübənin öyrənilməsi və cəmiyyətə düzgün təqdim olunması uğruna bir çox nüfuzlu mediatorlarla əlaqələrinin genişləndirməsinə və birgə layihələrin təşkilinə davamlı səy göstərməkdədir. Nəticədə qurulan bu peşəkar əməkdaşlıqların Azərbaycan mediasiyasının inkişafına xüsusi töhfə verəcəyinə inanırıq.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

