Ağatlı Ağoğlan
13.10.2022 [10:23]
Şuşaya açılan Zəfər qapısı
Təəssüratların ikinci pilləsi
Hələ uşaq yaşlarından öyrənmişik, qarşıda iki yol varsa, mütləq işıq gələn tərəfə getmək lazımdır. Tanrı bizə elə yol açıb ki, seçim etməyə də ehtiyac yoxdur. İndi bizim bir yolumuz var, o da işıqlıdır. Hadruta gedirik. Şuşaya aparan yolun qürurlu bələdçisi, yolları dərə-təpə Hadruta. Yolların ağası, ağ atlı, ağ xalatlı, ağ örpəkli Hadruta.
Əlimiz boş olsa da, ürəyimiz dolu gəlmişik. Kimisi şeir, kimisi söz gətirib. Mən isə salam gətirmişəm Ağoğlana. Qonşuluqda yaşayan Vüqar dayının salamı var vüqarlı dağlara. Hələ vüsalına çatmayan Vüsalə xalanın hər daşa, hər bucağa ayrı-ayrı salamı var. Balaca Əfsanənin də ürək sözləri var sərvboylu, yaşıl sinəli, ağsaçlı Ağoğlana. Bu yerləri görənin, görməyənin, görə bilməyənlərin hər birinin salamı var...
Şuşanın gözəlliyi məni elə ovsunlayıb ki, hər gedəndə oradan nəsə yazmasam, olmaz. Bunu ətrafımdakı yaxınlarım da bilir, elə avtobusdakı səfər yoldaşlarım da. Hər kəsin bu barədə dediyi bir söz var idi. Sən hələ Hadrutu görəsən... O vaxt görə bilməsəm də indi görürəm. Dağları göylərdən uca Ağoğlanın könlümü ələ alıb ovsunlaması bir baxış qədər zaman alır. Buranın əhəmiyyətini bilirəm, axı. Sevməyə də bilməzdim. Hadrut bizim üçün Şuşaya açılan Zəfər qapısı idi. İndi bu qapının aralığında dayanıb Şuşaya gedən əzəmətli yolu qürurla izləyirik.
Burada adamı ən çox cəlb edən Hadrutun sıx meşələridir. Cəmi 1500 addım var, 1500 erməni hərbçisinin asta qaçan namərddir deyib, 50 XTQ əsgərindən qaçaraq ilim-ilim itdiyi meşələrlə aramızda. Meşələrə baxdıqca hələ dünyaya gəlmədiyim zamana - 30 il əvvələ qayıdıram. Bəlkə elə bu meşənin içi ilə neçə azərbaycanlı haray qopararaq öz evini tərk edib, neçəsinin gözü illər boyu arxada qalıb, nakam köçüb fani dünyadan. İnsan yaşatdığını yaşamadan ölməzmiş. Uzun illər bu cümlənin doğruluq payına sığınıb ayaqda qalmışıq, ümidimizi üzməmişik. Haçansa əl-qolumuzun bağlanan yerində məşhər gününə inanmışıq. Qisası qiyamətə saxlamayan Azərbaycan Ordusu sanki Tanrının da yükündən azaltdı. Düşünüb danışdıqca yaralar təzələnir. Bu qəmgin notlara ara verməliyəm...
Hadrut qurulur, abadlaşır, işıqlanır. Düşmənin zor gücünə qapısını qırıb yaşadığı Hadrut indi yeni infrastrukturu ilə bütün ətraf rayonları işıqlandıracaq. Biz də torpaqlarımız kimi qaranlığı arxada buraxıb aydınlıq günlərə sarı getməliyik.
Avtobusa qayıdıb həm aydınlıq günlərə, həm də Hadrutun salamat qalan məşhur daşını görməyə gedirik. Əksəriyyətimizin yadındadır, Qarabağda işğalçıların xeyrinə yalan informasiyalar yayan təxribatçı “jurnalist” Semyon Peqov məhz həmin ərazilərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası çərçivəsində erməni əsgərlərinin meyitlərini toplamaq üçün girən avtomobillə gələrək çəkiliş aparmışdı. O bununla Hadrutun Azərbaycanda olmadığını sübut etməyə çalışırdı. Amma Azərbaycan Ordusu Hadrutun hər daşına sahib olduğunu bir daha sübut etdi.
Bəlkə də bu dünyada Qarabağda daş üstə daş qoymayanların Hadrutun bir daşı ilə təsəlli tapıb, sevinməsi qədər təzadlı məqam yoxdur. Azərbaycan Ordusu hər məsələdə öz-özünü təkzib edən düşmənin də tarixini yenidən yazdı. Həm işğal tarixini, həm də Hadrutdakı o məşhur daşı Azərbaycan reallığına uyğunlaşdırdı. Ordumuzun şücaəti sayəsində bu dünyanın qara daşı da göyərdi.
Hər zaman inanmışam, tarixi ədalət öz yerini tapır. Sadəcə, bunun geci, tezi var. Biz səbr edib muradına çatanlardan olduq. İndi bu qürurlu dağlara baxanda düşmənin hüsrana uğramış xəyallarını görürəm. Onlar düşünməzdi ki, biz Qarabağa elə arxalandıqları dağlardan keçib gələcəyik. Düşmənin ağlına gəlməyəni başına gətirdik. İndi isə “Dəmir yumruq” abidəsinin yanından keçərək, Şuşaya qalxırıq. Hadrutun sinəsindən cığır açan Şuşaya...
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10

