Paşinyan sülh sazişini imzalayacaqmı?
07.10.2022 [10:36]
N.BAYRAMLI
44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda daxili siyasi böhran dərinləşməkdə davam edir. Müxalifət partiyaları baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham etsə də, Paşinyan da rəqiblərinin ittihamlarını cavabsız qoymur. O, oktyabrın 5-də Ermənistan parlamentində çıxışı zamanı əvvəlki hakimiyyətlərin “pis miras” qoyub getdiklərini deyib: “Serj Sarkisyanın stolda qoyduğu danışıqlar sənədi bu göstərici və formullarla dəyərləndirilsə, kapitulyasiya haqda sənəd idi. Serj Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getmişdi”.
Baş nazir, hazırkı hakimiyyəti Qarabağın Azərbaycanın ərazisi kimi tanımasına görə tənqid edilməsinə cavab olaraq keçmiş hakimiyyəti nümunə gətirib: “Bunu bir neçə dəfə bildirsəm də, konkret demək istəyirəm. Hansısa hökumət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdımı? Bəli, bu ilk dəfə Robert Koçaryanın prezidentliyi dövründə olub. Çünki o zaman Madrid prinsiplərini danışıqlar üçün əsas qəbul edəndə Ermənistan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı”. Paşinyan keçmiş xarici işlər naziri Vardan Oskanyan və sabiq prezident Robert Koçaryanla yanaşı, digər sabiq XİN başçısı Edvard Nalbandyan və eks-prezident Serj Sarkisyanı da təqsirli bilib: “Buna görə də, onlar hazırkı hakimiyyətin üstünə hər hansı təqsiri qoymalı deyil. İndi isterik açıqlamalar vermək lazım deyil”.
Erməni baş nazir çıxışında onu da deyib ki, hakimiyyət sülh gündəmini rəhbər tutur və onun həyata keçirilməsi üçün məsuliyyət daşıyır. O, regionda yekun sülhün bərqərar olması yolu ilə getmək niyyətində olduğunu açıqlayıb: “Mən indi gedirəm və sülh gündəmin, son sülhün yolu ilə gedəcəyəm. Amma əvvəlki hakimiyyətlərdən fərqli olaraq mən getdiyim yolu görürəm, ən vacibi budur. Mən parlament çoxluğunun, xalqımızın sülh gündəminə əməl etmək niyyətində dəstəyinə ümid edirəm”. Paşinyan, həm də Praqada nəzərdə tutulmuş Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə dördtərəfli və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ayrıca görüşünün də sülh gündəliyi çərçivəsində olduğunu deyib.
Ümumiyyətlə, Paşinyan sülh prosesində nə dərəcədə səmimidir? Onun bu fikirləri Ermənistanın sülh sazişini imzalamağa hazır olduğunu deməyə əsas verirmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistanın hərbi yolla status-kvonu dəyişmək imkanı yoxdur. Həm də hərbi təxribatlara əl atdığı üçün sarsıdıcı zərbələr aldıqdan sonra bütün diqqətini danışıqlar masasına yönəltdi. 12-14 sentyabr tarixlərində dövlət sərhədindəki hərbi təxribatlar Ermənistan üçün çox acı nəticələr verdi. Bütün bunlardan sonra danışıqlarda müəyyən aktivlik hiss olunur. Praqada keçirilən önəmli görüşlər də bunun göstəricisidir. Erməni cəmiyyətinin daxilində də vəziyyətin dəyişdiyini deyən İ.Hüseynovun sözlərinə görə, hazırda Ermənistan parlamentinin sədri, xarici işlər naziri və digərləri daha çox sülhdən danışır. Bundan əlavə, Paşinyanın ailəsinə məxsus olan “Haykakan Jamanak” qəzeti Azərbaycanın irəli sürdüyü şərtləri dərc etdi. Ardınca Paşinyan da parlamentdə sülh haqqında danışmağa cəsarət etdi.
Politoloq xatırladıb ki, sentyabr təxribatından sonra Paşinyan parlamentdəki çıxışında Azərbaycanla hansısa bir sənədi imzalamağa hazır olduğunu söylədi: “Lakin revanşistlərin etiraz aksiyasından sonra öz fikrindən geri çəkildi. Amma o, yenidən sülhdən danışmağa başlayıb. Praqada keçirilən görüşlərdə də proses davam edib. Dördtərəfli görüşü danışıqların növbəti mərhələsi hesab etmək olar. Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Paşinyanla görüşündə sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlzinin açılması prioritet olub. Çünki Türkiyə üçün nəqliyyat əlaqələrinin açılması çox önəmlidir. Bütün bunlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində öndə dayanır. Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülhdən yayınması təhlükəsizliyə zərbə vurması Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına kölgə salır. Bu normallaşma prosesində Bakı və Ankara arasında güclü siyasi koordinasiya var”.
Həmsöhbətimiz xatırladıb ki, hər zaman önəmli danışıqlar öncəsi N.Paşinyan sülhdən danışır, lakin danışıqlardan sonra dövlət sərhədində gərginlik yaşanır, bu gərginlik bəzən genişmiqyaslı təxribatlara çevrilir. Amma sülh danışıqları ardıcıl olmalı və məntiqi sonluqla yekunlaşmalıdır. Bu xüsusda Azərbaycanın irəli sürdüyü beş bənddən ibarət olan təkliflər gələcəkdə sülh müqaviləsinə çevrilməlidir. İ.Hüseynovun fikrincə, Ermənistan prosesləri pozduqca Azərbaycanın mövqeyi daha da prinsipiallaşır. Ona görə də, nə qədər gec deyil, sülh müqaviləsinin imzalanması Ermənistanın özü üçün də faydalıdır. Sülhlə bağlı təşəbbüslər daimi olaraq masa üzərində qalmamalı, həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, zaman Azərbaycanın xeyrinə işləyir. Politoloq deyib ki, rəsmi İrəvan bu reallığı nəzərə almalı, regionun gələcəyi və təhlükəsizlik mühitinin gücləndirilməsi naminə sülh müqaviləsini imzalamalıdır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

