Hadrut uğrunda...
07.10.2022 [10:24]
1500 erməni hərbçisi 50 azərbaycanlı diversantın qarşısında duruş gətirə bilmədi
İki il öncə bu gün Azərbaycan tarixinə şanlı Vətən müharibəsinin 11-ci günü kimi qızıl hərflərlə həkk olunub. Məhz bu tarixdə Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən - Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.
Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü.
Oktyabrın 10-da səhər saatlarında erməni hərbçiləri “Azərbaycan qüvvələrinin cənubi Qarabağda Hadruta quru hücumu və Ermənistanın cənubunda Qafan bölgəsinə PUA hücumları həyata keçirdiyini” xəbər verdi. Həmin gün Cəbrayıl istiqamətindən hərəkət edən Azərbaycan qoşunları Hadruta şimal istiqamətindən daxil olmağa başladı. Daha sonra həmin gün erməni tərəfi şəhərdəki Azərbaycan hərbi qüvvələrini guya “mühasirəyə aldığını” elan etdi. Ancaq döyüşlərin davam etməsi ilə bir neçə gün sonra Hadrutdakı erməni qoşunları özləri mərmi alovunun əhatəsinə düşdü. Ermənistandan çağırılmış ehtiyatda olan əsgərlər oktyabrın 10-u səhər çağı Hadrutun şimalından təşviş içində qaçmağa başladılar. “Qondarma Dağlıq Qarabağ” prezidenti Araik Arutyunyan onları geri qaytarmağa çalışsa da, bu mümkün olmamışdı. Həmin gün Hadrutda cəmi 50-70 Azərbaycan XTQ əsgəri olsa da, 500-dən artıq erməni əsgər və ehtiyatda olan əsgər onlara qarşı müqavimət göstərə bilmədi. Müharibədən sonra verdiyi müsahibədə Araik Arutyunyan Hadrutda 1500 erməni əsgərinin olduğunu, lakin buna baxmayaraq 50 azərbaycanlı diversantın Hadruta daxil olması anında onların hamısının Hadrutdan qaçdığını demişdi. Erməni bölmələri panikada olduğundan bəzi hallarda müntəzəm ordu əsgərləri qorxudan qaçan ehtiyatda olan əsgərləri azərbaycanlılar hesab edərək özününkülərə atəş açmışdı. Həmin gün Hadrutda olan erməni hərbçilərin əksəriyyəti Cəbrayıldakı bazasından yenicə geri çəkilmiş 9-cu alayın tədris batalyonuna aid təcrübəsiz və yeni əsgərlərdən ibarət idi. Ermənistandan gəlmiş xüsusi təyinatlı dəstə də Hadrutda idi; onun komandirlərindən biri mayor Arutyun Manuçaryan Hadrutun cənubundakı döyüşdə öldürüldü. Hadrutda yerləşən diviziya komandirinin müavini, polkovnik Hrayr Davtyan və təcrübəli kəşfiyyat zabiti Hrant Firəngiyan da öldürülənlər arasında idi. Davtyan diviziya qərargahına rəhbərlik edirdi və onun ölümü qərargahın həmin gün Azərbaycan XTQ tərəfindən ələ keçirildiyini göstərir. Digər ölümcül insident isə əksəriyyəti Kotaykdan olan təxminən 20 Yerkrapa könüllüsünün içində olduğu yük maşının PUA tərəfindən vurularaq dağ yolundan yuvarlanması oldu.
Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2-3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Sonrakı günlərdə qəsəbənin şimalında və qərbində oktyabrın 30-dək digər kəndlər və yüksəkliklər uğrunda yeni döyüşlər baş verib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

