“Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin bağlanış mərasimi keçirilib
05.10.2022 [12:54]
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilən “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin bağlanış mərasimi keçirilib.
Suraxanı Gəmi muzeyində təşkil edilən mərasimdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov, proqram iştirakçıları, media nümayəndələri və təşkilatçılar iştirak ediblər.
Tədbiri açıq elan edən Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Röyal İsmayılov layihənin proqramının uğurla yekunlaşdığını vurğulayıb və dəstəyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev proqramı uğurla bitirdikləri üçün iştirakçıları təbrik edib və bildirib ki, geri dönərkən təəssüratlarınızda Azərbaycanın xüsusi rolu və yeri olacağına əminik. Bu gün Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr təkcə bir xalqın deyil, regionun da inkişafında mühüm rol oynayır. Azərbaycan dünyada tanınan, müstəqil siyasəti olan bir ölkədir və gənclər siyasəti, onların təşəbbüslərinin dəstəklənməsi hər zaman ölkə siyasəti üçün prioritet olub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək bildirib ki, Erasmus+ proqramı əsasən Avropa ölkələri olmaqla, dünyanın bir çox ölkələrində müxtəlif sosial mövzularda layihələrin təşkilini ehtiva edən əsas beynəlxalq sosial gənclik platformalarından biridir. Proqram ölkəmizdə də gənclər və gənclər təşkilatları arasında olduqca geniş rəğbət qazanmışdır və “Şuşa ili” çərçivəsində 100-dən artıq gəncə Azərbaycanın tarixi ədaləti bərpa etdikdən sonra regionda yaranan yeni reallıqlar haqqında məlumat vermək baxımından çox önəmlidir.
Daha sonra çıxış edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov iştirakçılara uğurlar diləyib və bildirib ki, “Əziz gənclər əminəm ki, geri döndüyünüz ölkənizə Azərbaycandan qucaq dolu salamlar, xoş təəssüratlar aparırsınız. Bu təəssüratlar hər zaman Sizə zəngin, çox əsirlik tarixə malik olan Azərbaycanı xatırladacaq”.
Məlumat üçün bildiririk ki, “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin iştirakçıları Dövlət Miqrasiya Xidmətində, Gənclər Təşkilatlarının Resurs Mərkəzində olublar, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna, Suraxanı Gəmi muzeyinə, Qobustan Qoruğuna, Qobustan kəndində “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə , “Şərq Bazarı” kompleksi və Heydər Əliyev Mərkəzinin parkına ekskursiya ediblər. Ümumillikdə, Bakı şəhəri ilə tanışlıq və keçirilən görüşlərin hər biri proqram iştirakçılarında xoş təəssürat yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

