Nazir: Ermənistanın sonuncu təxribatı normallaşma prosesinə xələl gətirir
27.09.2022 [14:35]
27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
XİN-dən verilən xəbərə görə, anım tədbirdə Nazirliyin rəhbər heyəti, Vətən müharibəsi iştirakçısı, Şəhid ailələri və diplomatiya könüllüləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanatının səsləndirilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş video çarx nümayiş olunub.
Anım tədbirində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 2 il bundan öncə 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cavab tədbirlərinə əl atdığını və bu əməliyyatın 44 gün davam edən Vətən müharibəsinin başlanğıcının qoyduğunu qeyd edib. Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun həm beynəlxalq hüququ, həm də tarixi ədaləti təmin etdiyi bildirilib. Hazırda işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı yenidənqurma işlərinin bu ərazilərdən onilliklər öncə zorla didərgin salınmış məcburi köçkünlərimizin təhlükəsiz şəraitdə evlərinə geri dönməsinə xidmət etdiyini söyləyən nazir Ceyhun Bayramov, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələrin qayıtdığını diqqətə çatdırıb. Post-münaqişə mərhələsində Azərbaycan tərəfindən iki dövlət arasında normallaşma prosesi istiqamətində bir sıra səylər göstərilsə də, Ermənistan tərəfinin buna qarşılıq vermədiyi, bu ölkənin mütəmadi təxribatlara əl atdığı bildirilib. Bu xüsusda, Ermənistanın sonuncu 12-14 sentyabr tarixli təxribatının normallaşma prosesinə, bölgədə sülhün təmin olunması səylərinə xələl gətirdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov tədbirdə iştirak edən Şəhidlərimizin övladlarına üzünü tutaraq, bütün Azərbaycanın onların ataları ilə, bütün Şəhidlərimizlə fəxr etdiyini söyləyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edib.
Anım tədbirində Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, Raket və Artilleriya Qoşunlarının qərargah rəisi, polkovnik Gülməmməd Rzayev çıxış edib. O, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Şanlı Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışan Gülməmməd Rzayev, bundan sonra da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir təhdid yaranarsa, Azərbaycan Ordusunun bu təhdidlərin qarşısının alınması, Vətənimizin müdafiəsi üçün qətiyyətli tədbirlər görəcəyini söyləyib.
Tədbirdən sonra saat 12:00-da Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

