Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı-Qazax yolunda iki avtobus toqquşub, 15 sərnişin xəsarət alıb

Bakı-Qazax yolunda iki avtobus toqquşub, 15 sərnişin xəsarət alıb

26.09.2022 [11:09]

TƏBİB Bakı-Qazax avtomobil yolunda baş verən qəzada xəsarət alanlar barədə məlumat yayıb.

TƏBİB-dən verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31