Son bir gün...
23.09.2022 [10:29]
“Mətbuat ölkənin inkişaf tempi ilə ayaqlaşa bilmir”
Yeganə BAYRAMOVA
Sabah jurnalistlərin VIII qurultayı keçiriləcək. Mətbuat Şurasının İdarə Heyətinin 2022-ci ilin 6 sentyabr tarixli iclasında Şuranın Nizamnamə tələblərinə uyğun olaraq Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi qərara alınıb. Qurultayda Mətbuat Şurasının rəhbərliyinin yenilənməsi nəzərdə tutulur. O cümlədən qurultayda idarə heyətinin yeni tərkibi də seçiləcək.
Qeyd edək ki, Təşkilat Komitəsinin qərarına əsasən ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resursları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar. Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
Xatırladaq ki, indiyədək Azərbaycan jurnalistlərinin 7 qurultayı keçirilib. Jurnalistlərin sonuncu qurultayı 2018-ci ildə baş tutub. Jurnalistlərin VIII qurultayı 24 sentyabr 2022-ci ildə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Jurnalistlərin VIII qurultayından gözləntilər barədə “Yeni Azərbaycan”a açıqlama verən “AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli bildirib ki, son illərdə müəyyən səbəblərdən Mətbuat Şurasının fəaliyyəti zəifləyib. Baş redaktor hesab edir ki, jurnalistlərin VIII qurultayı, ilk növbədə, Mətbuat Şurasının fəaliyyətinə dinamizm gətirmək baxımından faydalı ola bilər: “Azərbaycan mətbuatının çox ciddi problemləri var. Bu sahə, dəfələrlə deyildiyi kimi, ölkənin ümumi inkişaf tempi ilə ayaqlaşa bilmir. Son illərdə müəyyən irəliləyiş nəzərə çarpsa da, mətbuatın iqtisadi əsaslarının möhkəmləndirilməsi, peşəkarlığın və şəffaflığın artırılması, media-dövlət, media-cəmiyyət münasibətlərində inam və etibarın yüksəldilməsi, hüquqi bazanın müasir dövrün tələblərinə uyğunlaşdırılması, bütün bunların nəticəsi olaraq, Azərbaycan mediasının nüfuzunun bərpa olunması istiqamətində görüləcək çox iş var. Düşünürəm ki, Azərbaycan Mətbuat Şurası ötən illər ərzində bu problemlərin müzakirəsi müstəvisini yarada bilmədi. Müəyyən problemlərlə bağlı addımlar atılsa da, kompleks yanaşma olmadığından mətbuatın ümumi inkişafına töhfə verə bilmədi. Fikrimcə, Mətbuat Şurasının uğursuzluqlarının kökündə duran əsas səbəblərdən biri əvvəlki dövrlərdə dövlətin media siyasətini həyata keçirən məmurların Mətbuat Şurasının işinə kobud müdaxiləsi, Şuranı özlərinin cəza və təzyiq alətinə çevirməsi, normal müzakirələrə imkan verməməsi, hətta qurultayın işinə kobud müdaxilə edərək, Şuranın rəhbərliyinin və İdarə Heyətinin formalaşdırılmasını tam nəzarət altına alması idi. 2018-ci ildə baş tutan 7-ci qurultayın iştirakçısı kimi, tam əminliklə deyirəm ki, hazırkı İdarə Heyəti seçki nəticəsində deyil, tərtib edilmiş siyahı nəticəsində formalaşıb. Ona görə də Azərbaycan jurnalistləri arasında etimadı yoxdur. Mətbuat Şurasının işinə illərlə davam edən bu kobud müdaxilə nəticəsində Şura öz nüfuzunu tamamilə itirib deyə, qurultaya rəqabət mühitində hazırlıq müşahidə olunmur. Azərbaycan jurnalistləri yenə gözləyir ki, rəhbərlik və İdarə Heyəti “yuxarıların məsləhəti” əsasında formalaşacaq, ona görə seçkiyə hazırlaşmaq, namizəd olmağa və seçilməyə iddia etmək mənasızdır. Mətbuat Şurasının sədri postuna cəmi bir namizəd var, yəqin ki, real alternativin olmayacağı seçkidə o da sədr olacaq. Ümidim olmasa da, mən çox istəyərdim ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı azad və rəqabətli seçki, fikir dartışması, plüralizmə hörmət, dürüstlük baxımından cəmiyyət üçün nümunə olacaq səviyyədə baş tutsun. Əks halda, rəhbərliyinə kimlərin gətirilməsindən asılı olmayaraq, Mətbuat Şurasının bundan sonrakı fəaliyyətindən ciddi bir dönüş gözləməyə dəyməz”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

