Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib
21.09.2022 [21:52]
21 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin 50-yə yaxın xarici işlər nazirləri, habelə nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər.
Post-pandemiya dövründə qlobal vəziyyət və Qoşulmama Hərəkatının vəzifələri mövzusuna həsr edilmiş sözügedən iclasda bəyanatla çıxış edən nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər, təşəbbüslər və gələcək planlar barədə məlumat verib.
Dünyanın böyük transformasiyalar dönəmindən keçdiyi, pandemiya, silahlı münaqişələr, iqlim dəyişikliyi və bir çox çağırışlar kontekstində qlobal təhlükəsizlik və inkişaf arxitekturasında indiyə qədər görünməmiş çətinliklər yaşandığı vurğulanıb.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə pandemiya üzrə Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə Görüşünün, Madriddə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, eləcə də Gənclər Təşkilatının təsis edilməsinin tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Şuşa Akkordu ilə Hərəkatın Gənclər Təşkilatının loqo və bayrağının təsdiq edildiyi qeyd olunub.
Nazir 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri və sülh quruculuğu təşəbbüsləri barədə iştirakçıları məlumatlandırıb. Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistana sülh sazişi imzalanması təklifi irəli sürüldüyü qeyd edilib. Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən 12 sentyabr tarixində Azərbaycana qarşı törədilən növbəti təxribatların bölgədə sülh və quruculuq səylərinə mane olduğu bildirilib. Bununla yanaşı, mina təhdidinin ciddi çətinliklər yaratdığı qeyd edilərək, Ermənistanın ərazilərdə mina yerləşdirməkdə davam etməsi barədə faktlar təqdim olunub. Azərbaycanın sabitliyin pozulmasında maraqlı olmadığı və sülhün təmin edilməsi üçün səyləri davam etdirəcəyi vurğulanıb.
Daha sonra, hazırkı çağırışlara effektiv və birgə cavablar ətrafında müzakirələr aparılıb, Nazirlər çıxış edərək ölkələrin mövqelərini diqqətə çatdırıb və iclasın Siyasi Bəyannaməsi qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

