Payız depressiyasından xilas olmağın 10 qaydası
20.09.2022 [10:39]
MÜŞFİQƏ
Artıq payız fəsli qapımızı döyməkdədir. Bu fəsil özü ilə birlikdə romantika, bir az bədbinlik, bir az da tənhalıq hissi gətirir. Günəşi daha az görmək, iş məsuliyyətinin artması, məktəblərin başlaması, uzun və isti yay günlərinin geridə qalması, eləcə də havaların soyuması insanlarda bəzi psixi dəyişikliklərə səbəb olur. İlin bütün fəsillərində yaşanılan xatirələr payız fəslində özünü daha durğun və depressiv formada göstərir. Araşdırmalara görə, depressiya riski qadınlarda 25%-ə çatır.
Yuxusuzluq və ya həddindən artıq yuxululuq, özünü günahkar hiss etmək və ya özünü dəyərsiz hiss etmək, diqqəti cəmləyə bilməmək, həddindən artıq çəki artımı və ya çəki itirmə, əsəbilik və gərginlik, habelə intihara meyillilik və s. halları depressiyanın simptomları sırasında öz yerini alır. Deyilənə görə, bu psixi pozuqluq yay fəslinə qədər davam edə bilər. Görəsən, bu fikir nə qədər doğrudur? Mövzu ilə bağlı psixoloq Günay Əliyeva ilə həmsöhbət olduq.
G.Əliyeva deyir ki, melanxolik insanlarda daha uzunmüddətli çəkə bilər: “Depressiya kimi psixoloji pozuntular ilboyu mövcuddur, amma onunla payız və qış aylarında daha çox qarşılaşırıq. İnsanın bütün həyat fəaliyyətinə təsir göstərən depressiya öz-özlüyündə dərin məna daşıyır. Depressiya psixi pozuntudur və kəskin fəsadları ola bilər. Əgər insanlar özlərində iki həftədən çox enerji azalması və yuxu pozuntusu hiss edirlərsə, bu zaman mütəxəssislərə müraciət edilməlidir. O demək deyil ki, insan bu vəziyyətdən tək başına çıxmalıdır. Bəzən bir neçə psixoterapiya seansı və müayinə kömək edə bilər. Depressiya təbii bir haldır və heç kim ondan sığortalanmayıb. Enerji və həyata maraq itəndən sonra sosial və iş həyatında geriləmələr başlayır. Ona görə də həyatınıza laqeyd yanaşmamalıyıq”.
Xüsusən də gənclər üçün bu fəsil yay sevgisinin və parlaq günəşli günlərin bitməsi deməkdir. Tutqun qış günləri və soyuq havaların gələcəyini bilmək düşüncəsi onlarda depressiv əhval-ruhiyyə yaradır. Yaşlı insanlar da mövsümi dəyişikliklərdən daha çox təsirlənirlər. Xüsusilə payız-qış ayları emosional olan yaşlı insanları daha həssas və kövrək edir. Ona görə də yaşlı insanlarda depressiya daha ağır keçə bilər. Bütün bunlardan başqa, depressiya genetik də ola bilər.
Psixoloqun sözlərinə görə, ən yaxşı metod gülməkdir. Sevdiyiniz insanlarla birlikdə gülmək stressinizi azaldacaq, motivasiyanızı artıracaq və xoşbəxtlik hormonunuzu artıracaq. Yorğunluğunuza və tənhalıq hissinə də yaxşı təsir göstərəcək. Özünüzə kiçik qısamüddətli hədəflər qoyun. Təxirə saldığınız hər şeyi qaydasına salmaq üçün bu fəsil çox yaxşı bir fürsət olacaq.
Bu barədə psixoloqun bir neçə məsləhəti var:
1. Yuxunuza və qida rasionunuza diqqət yetirin.
2. Dörd divar arasında qapanıb qalmayın.
3. Dost və yaxınlarınıza vaxt ayırın. Biz bilirik ki, bir fincan isti çay və səmimi söhbət belə insanı depressiv vəziyyətdən dərhal xilas edə bilər.
4. Fiziki fəallığı artırmaq, təmiz havada bol-bol yürüyüş, səhər idmanı payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır.
5. Mütləq həyatınıza yeniliklər əlavə edin. Məsələn, yeni bir iş, yeni bir mühit... düşüncəsi belə insanın həyat eşqini artırmağa kifayət edir.
6. Ən əsası sevgini həyatınızdan əskik etməyin. Sevin və sevilin.
7. Heyvanlarla təmasda olun, onlara tez-tez yem verin və sadəcə kənardan izləyin. Əslində xoşbəxt olmaq çox bəsitdir.
8. Radiasiya və enerji yayan bir işdə işləyirsinizsə, axşam evə gələndə isti duş qəbul edin.
9. Karbohidratlardan uzaq, yaşıl tərəvəz və meyvələrlə qida rasionunuzu zənginləşdirin.
10. Gün ərzində su içməyi unutmayın.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24

