Novarçıların bir neçə çaları
20.09.2022 [10:32]
Murad Köhnəqala
13-16 sentyabrda 80 igidimiz düşmən Ermənistan ordusunun xain hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olub. Xalqımızın 80 vətən fədaisinə yas tutduğu bu ağır günlərdə sosial medianın Azərbaycan seqmentində “no?arçılar” adlanan bir qrup başsız atlı peyda olaraq camaatın əsəbi ilə oynayır. Ağlabatmazdır; vətəni işğala məruz qalan, işğalın otuz ilində az qala hər gün şəhid verən, heç bir müharibə qayda-qanununa məhəl qoymayan həyasız qonşunun terrorist əməlləri ilə üz-üzə qalan bir ölkənin vətəndaşı təslimçi mövqedə durub sülh çağırışları eləyir. Sülh və təhlükəsizlik bütün dünyanın arzusudur. Ağlı və mənəviyyatı yerində olan istənilən dünya sakini müharibəsiz, qansız-qadasız şəraitdə yaşamağı arzulayır. Azərbaycanlılar da bütünlüklə bu niyyətdə olan, təkcə özünün deyil, bütün xalqların, o cümlədən qonşularının sülh və dostluq şəraitində yaşamasını istəyən xalqdır. Ancaq coğrafiya insanın taleyidir. Taleyimiz Hindistandan qovulmuş hay tayfalarının rusun əli ilə tarixi yurdlarımızda yerləşməsi, Azərbaycan-türk torpaqlarında onlara saxta dövlət qurulması ilə lənətlənib. Əsrlərdir bu həyasız qonşu məskunlaşdığı torpaqlarla yetinmir. Durmadan savaş istəyir, qan tökür, bütün Azərbaycan ərazisini ələ keçirib “böyük Ermənistan” adlı sərsəm xəyalını gerçəkləşdirməyə çalışır.
Rüsvayçı məğlubiyyətə, böyük itkilərə, müharibənin gətirdiyi ağır iqtisadi böhrana baxmayaraq ermənilər sülh istəmirlər. Halbuki “stopwar”, “nowar” aksiyasını bu günkü durumuna görə erməni cəmiyyəti keçirməlidir. Yadınızdadırsa, 44 günlük müharibədə əsir düşən erməni hərbçilərinin arasında ayaqlarını ardınca zorla sürüyən 70 yaşlı biri də vardı, sonradan məlum oldu ki, bu qoca Xocalı faciəsi zamanı azərbaycanlıların qəddarlıqla öldürülməsində fəal iştirak edib. Avtomatı zorla daşıyan həmin murdar qoca heç olmasa bircə türk əsgəri öldürmək eşqilə yenidən silaha sarılıb cəbhəyə gəlmişdi. Biz buna təəccüblənmədik, çünki erməni xislətinə bələdik. Türk millətinə qarşı ağır nifrətlə yüklənmiş həmin qoca Ermənistan cəmiyyətinin ümumiləşmiş obrazıdır.
Erməni xəstəliyindən xəbərsiz gənc azərbaycanlı novarçı deyir: erməni də yazıqdı, o da yaşamaq istəyir.
Erməni isə deyir ki, türk millətini beşikdəki körpəsinə qədər məhv etməliyik.
Azərbaycanlı novarçı deyir: biz torpaq üstündə müharibə etməməliyik.
Erməni isə deyir: Azərbaycan və Türkiyə torpaqları, o cümlədən Gürcüstanın türklər yaşayan bölgələri bizimdir.
İşi-gücü atəşkəsi pozmaq olan erməni o biri yandan bütün dünyaya haray salır ki, türk bizi qırır.
Azərbaycanlı novarçı yenə deyir ki, biz atəş açmamalıyıq, dünya bizi qınayacaq.
Bu novarçı anlamır ki, erməni bütün mənəvi sahələrdə olduğu kimi müharibədə də əxlaqsızdır. O, kişi kimi, ər kimi savaşmağı bacarmadığına görə müharibəyə qadınları göndərir, özü isə siçovul kimi yer altında gizlənib, uşaq bağçasını atəşə tutur.
Ümumiyyətlə, azərbaycanlı novarçılar bir neçə qrupa bölünür:
1. Hansısa formada əsgərlikdən yayınıb hərbi təcrübə, kişilik məktəbi keçməyənlər. Bunların təsəvvüründə müharibə “pubg” oyunudur. Kim öldü, kim öldürdü, milli əhəmiyyəti yoxdur.
2. Bir-iki kitab oxuyub özünü Roma papasının yerində təsəvvür edənlər. Bunlar uğursuz İsa Məsihlərdir. “Düşmən sol gözünü çıxarsa, sağ gözünü də təklif elə” havasında havalanan, öz millətindən savayı hamıya “yazığı gələn”, kosmopolitizm qazanından bir-iki çömçə pay güdən bu tiplərə daha çox yazarlar və sosial aktivistlər daxildir.
3. Üçüncü qrup əvvəlkilərdən fərqli olaraq məqsədyönlü, təşkilatlanmış qrupdur. Əsas fəaliyyət dairələri cəmiyyətin həssas mövzusu olan şəhid ailələri, şəhid xəbərləri, şəhid dəfnləri və ziyarətləridir. Bu qrupa aid olanlar bəlli məqsədə, Azərbaycanla, Qarabağla bağlı şəxsi maraqları olan xarici ölkələrin ölkəiçi agentura şəbəkəsinə xidmət edir. 44 günlük müharibəni qələbə ilə bitirmiş, revanş iddiası ilə baş qaldıran düşməni yenə də eyni nailiyyətlə susdurmuş Azərbaycan ordusunun qüdrətinə, Azərbaycan xalqının döyüş əzminə, Ali Baş Komandanın şəxsi iradəsinə kölgə salmaq, Azərbaycan cəmiyyətini şəhid xəbərləri ilə çökdürmək, fürsətdən istifadə edərək iki daşın arasında sosial problemləri qaldırmaq bu casus şəbəkəsinin əsas iş üsuludur. Şəhidlərimizin dəfni zamanı dini-ekstremist şüarlar səsləndirən, əsasən İrana bağlı dəstələr də bu qismə aiddir.
Ancaq daxili və xarici düşmənlərimiz bilməlidirlər ki, Azərbaycan xalqı Azərbaycan ordusu ilə birgədir, güclü və qətiyyətlidir. Bütün hallarda Azərbaycan haqq yolundadır.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

