/ / Türkiyənin Baş Ombudsmanı: “Ermənistan hərbi cinayətləri ilə insan haqlarını pozmaqda davam edir”
Türkiyənin Baş Ombudsmanı: “Ermənistan hərbi cinayətləri ilə insan haqlarını pozmaqda davam edir”
16.09.2022 [17:08]
"Bütün Türkiyə Cümhuriyyətində olduğu kimi Türkiyə Ombudsmanlıq Təşkilatı da haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır”
Bu fikirlər Türkiyənin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İslam Əməkdaşlıq Təşkilatının Ombudsman Birliyinin sədri Şərəf Malkoçun Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya göndərdiyi məktubda yazılıb.
“Yeni Azərbaycan” qəzetinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) nəzdində fəaliyyət göstərən İnsan Hüquqları üzrə Müvəkkillikdən (Baş Ombudsmanlıq) verilən məlumata görə, məktubda Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə və sonrakı günlərdə Azərbaycanla sərhəd bölgədə həyata keçirdiyi genişmiqyaslı təxribalar nəticəsində şəhid olan hərbiçilərimizin yaxınlarına və ümumilikdə Azərbaycan xalqına başsağlığı verilib.
“Bu hücumlardan bir daha müəyyən edilir ki, Ermənistan illərdir qanunsuz olaraq işğala məruz qoyduğu Azərbaycan torpaqlarında, işğaldan azad edildikdən sonra da münaqişələr yaratmaqqla beynəlxalq humanitar hüquqa məhəl qoymur”, deyə məktubda , Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarına zidd olaraq açıq şəkildə hərbi cinayətlər törətdiyi, bu mövzuda 1977-ci ildə qəbul edilən əlavə protokolları və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini pozduğu qeyd olunub: “21-23 oktyabr 2020-ci il və 14-19 sentyabr 2021-ci ildə, iki dəfə Qarabağı ziyarət etdim. Səfərlərim zamanı orada insan hüquqularının pozulması hallarına dair yerində araşdırmalar apardıq. Beynəlxalq hüquq çərçivəsində Ermənistanın qanunsuz işğal etdiyi torpaqlarda ətraf mühitə, bitki örtüyünə, mədəni və tarixi abidələrə vurduğu zərərləri də müşahidə etdik. Ermənistan tərəfindən dağıdılan və minalanan genişmiqyaslı torpaqlarla, məcburi köçkünlərə və Azərbaycan dövlətinə zərbələr vurulmaqla yanaşı, məcburi köçkünlərin öz evlərinə qayıtmalarına və bölgədə iqtisadi fəaliyyətə başlamalarına ən böyük maneə yaradıldığını gördük. Bütün bunlar da Ermənistanın beynəlxalq konvensiyalara zidd olaraq cinayətlərini davam etdirməsinin və insan haqlarını pozmasının bariz sübutudur”.
Məktubda Ermənistanın törətdiyi son təxribatların da bölgədəki sülh prosesinə çox böyük zərbə vurduğu və bu proseslərə təcili olaraq son qoymanın vacibliyi qeyd olunub: ”Bizim istəyimiz münaqişələri aradan qaldırımaq, daha çox itki vermədən bu prosesləri dayandırmaqdır. Biz Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Təşkilatı olaraq haqlı mübarizəsində Azərbaycanın yanındayıq və bu münaqişələr zamanı həyatını itirən şəhidlərlə əlaqədar Azərbaycan xalqının kədərinə şərik olur, dərin hüzünlə başsağlığı veririk”.
Sevil Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

