Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkdilli dövlətlər gömrük sazişi imzalayacaq

Türkdilli dövlətlər gömrük sazişi imzalayacaq

16.09.2022 [12:20]

"Biz gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalamaq üzrəyik".

"Report" xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

"Bu sənəd gömrük işlərini asanlaşdıracaq, ona görə də çox vacib sənəddir", - deyə o, qeyd edib.

Bundan başqa, qonağın sözlərinə görə, türkdilli ölkələr arasında Azad Ticarət Rejiminin yaradılmasına hazırlıq gedir: "Hazırda buna çalışırıq. Avropa İttifaqı bu prosesdən uzun illər əvvəl keçib. Əminəm ki, biz də buna gələcəkdə nail olacağıq", - deyə B.Amreyev əlavə edib.

Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31