/ / Ceyhun Bayramov: "Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmalı, təxribatlara son verməlidir"
Ceyhun Bayramov: "Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmalı, təxribatlara son verməlidir"
14.09.2022 [16:12]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər bölgədə mövcud olan gərgin vəziyyəti və normallaşma prosesinə qayıtmaq üçün mümkün addımları müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində sərhədboyu ərazilərdə baş verən toqquşmalar, son bir neçə ay ərzində Ermənistan tərəfinin destruktiv addımları barədə ətraflı məlumat verib. 13 sentyabr tarixində əldə edilmiş atəşkəsin bir neçə saat sonra Ermənistan tərəfindən pozulduğu və mövqelərimizin intensiv atəşə tutulduğunu bildirib. Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirildiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayıb. Nazir Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb. O bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduqlarını və ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib.
Görüş zamanı, həmçinin normallaşma prosesinin müxtəlif aspektləri, bu istiqamətdə zəruri addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

