Qara, yoxsa qaraldılan çörəklər?
03.09.2022 [10:30]
Nicat PAŞA
Əsasən pəhriz saxlayanlar və şəkər xəstələri tərəfindən istifadə olunan qara çörəklərin keyfiyyəti məsələsi hər zaman alıcıları düşündürən əsas məqamlardan biridir. Bu çörəklərin tərkibinə hansısa zərərli kimyəvi məhsulların əlavə edilməsi və ya digər bu kimi iddialar barədə məlumatlar müxtəlif vaxtlarda müzakirə mövzusuna çevrilir. Son bir neçə ildə qara çörəyə “tələbat”ın bir xeyli artdığı müşahidə edilir. Bu isə təbii olaraq bu çörəklərin keyfiyyət məsələsinin yenidən aktuallaşmasına səbəb olur.
Səsləndirilən iddialarda bu çörəklərin istehsalı zamanı qara rəngin əldə olunması üçün dəmlənmiş çaylardan, dad üçün isə müxtəlif kofelərdən, kakaolardan istifadə olunduğu qeyd olunur. Digər tərəfdən, dietik məhsul adı altında müştərilərə təklif olunan çörəklərin saxlanma müddəti də narahatlığa səbəb olan amillər sırasındadır. Belə ki, tərkibindəki əlavələrdən asılı olaraq qara çörəklər etiketdə göstərilən yararlıq müddətindən ya tez, ya da olduqca gec xarab olur. Bu da təbii ki, həmin çörəklərə hansısa kimyəvi əlavələrin edildiyinin göstəricilərindən biri, bəlkə də ən birincisidir. Əhalinin bir qisminin sağlam qidalanmaq məqsədilə istifadə etdiyi bu çörəklər qeyd edilən səbəblərdən insan orqanizminə, sağlamlığına ciddi zərər yetirir.
Dietik çörəklərin qiyməti də adi çörəklərdən dəfələrlə bahadır. Çünki bu çörəklərin çəkisi adi çörəklərin çəkisindən qat-qat aşağı olur. Çəkisinin az, keyfiyyətinin isə aşağı olmasına baxmayaraq, yerli bazarda qara çörəklərin qiyməti hazırda 1 manata yaxın və hətta daha bahadır.
Bəs səsləndirilən iddialarda həqiqət payı nə qədərdir? Həqiqətənmi qara çörəklər insan sağlamlığı üçün bu qədər ziyanlıdır?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, Azad İstehlakçılar Birliyinə qara çörəklərlə bağlı illərdir telefon zəngləri daxil olur: “Bir neçə il bundan öncə istehlakçılar bizə bildirirdilər ki, çörəyə qaralıq rəngi vermək üçün atılmış kofelərdən, dəmlənmiş çayların rəngindən istifadə olunur. Düşünürəm ki, haqlı iradlar idi, həqiqətən də belə hallar var idi”.
Qida ekspertinin sözlərinə görə, nəzarətin gücləndirilməsindən sonra istehsalçılar artıq qara çörəyin hazırlanması prosesində hansısa zərərli qatqılardan istifadə etməkdən çəkinirlər. E.Hüseynov qeyd edib ki, Qida Təhlükəsizlik Agentliyinin (AQTA) ciddi nəzarət etdiyi bir şəraitdə çörəklərin dietik - qara çörəyə çevrilməsi üçün demək olar ki, ziyanlı maddələrdən istifadə olunmur: “Artıq istehsalçılar bu işdən çəkinirlər. Çörəyə qaraltı verən və onu dietik edən xüsusi un var, hazırda həmin undan istifadə olunur. Əlbəttə, hətta hazırda bahalı və dietik çörəklərin bir hissəsinin hazırlanması - etiketdə də qeyd olunur - buğda unu qarışdırılmaqla əldə edilir. Lakin buna baxmayaraq, istehlakçılar yenə də narahatdırlar, onların arasında çörəklərə rənglərin qatılmasını düşünənlər hələ də var. Ona görə də tövsiyə edirəm ki, istehlakçılar çörəyin keyfiyyətindən şübhələnən zaman 1003 qaynar xətti vasitəsilə AQTA-ya məlumat versinlər”.
Bütün bunlara baxmayaraq, xoşagəlməz hallar hələ də müşahidə edilməkdədir. Elə söhbətimiz əsnasında qida eksperti bir neçə gün öncə üzləşdiyi problemlə bağlı da məlumat verdi: “Şəkildə gördüyünüz çörək paytaxt?akı mağazalardan birindən alınıb. Qiyməti də 1 manatdan yüksəkdir. Çörəyin buraxılma tarixi 26-sı, son yararlanma tarixi 28-i avqust idi. İstehlakçıların mənə olunan müraciətləri əsasında özüm gedib bu çörəkdən aldım. Ayın 28-də ev şəraitində çörək artıq bu günə düşmüşdü”. Etiketin üzərində qeyd olunan nömrə ilə istehsalçı ilə əlaqə saxlayan AİB sədrinə cavab olaraq deyilib ki, çörəyin belə olmasına səbəb istifadə olunan unun çirklənməsi olub: “Mən etiketdə olan telefon nömrəsi vasitəsilə istehsalçı ilə əlaqə saxladım. Etiraf etdilər ki, böyük miqdarda un gətirilib və xəstə, yəni müəyyən bakteriyalarla çirklənmiş olub. Ona görə də bu unla bişirilən çörəklər belə vəziyyətdə olub. İstehsalçı tərəfindən mənə deyilənlərin nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Amma hər bir halda çörəklərin saxlanma müddəti minimum 72 saatdır”.
AİB həm tez, həm də gec xarab olan çörəklər üçün eyni dərəcədə narahatdır: “Çörək tez xarab olursa, o deməkdir ki, onun bişirildiyi un və yaxud istifadədə olan avadanlıq çirklənibdir. Yox, əgər gec xarab olursa, deməli, həmin çörəyin tərkibinə xeyli sayda arzuolunmaz kimyəvi maddələr qarışdırılıb. Vaxtilə Azərbaycan bazarında yararlıq müddəti 1 il olan alman çörəkləri də var idi. Biz medianın köməkliyi ilə onlara yararlıq müddətinin qoyulmasına nail olduq. Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir, qiymətlər sərbəstdir. Bu isə o deməkdir ki, istənilən satıcı çörəyi istədiyi qiymətə sata bilər. Dövlət yalnız müəyyən yollarla sosial və zavod çörəklərinin qiymətlərinin üzərində iş aparır. Düşünürəm ki, əslində, dövlət həmin çörək istehsalçılarına da çox təzyiq etməməlidir. Belə olan halda həmin istehsalçılar qiyməti sərbəst olan başqa çörək növlərinə keçə bilərlər. Dövlət sosial və yaxud zavod çörəklərin qiymətində artımın baş verməməsi üçün işlər aparır”.
“Hazırkı şəraitdə istehlakçılar, istehsalçılar, market sahibləri çörəyin qiymətinin bahalaşmaması üçün yeni bir davranış nümayiş etdirməlidirlər. Yəni çörəyin tullantıya çevrilməsinin qarşısı alınmalıdır. Bu da istehlakçıların yeni dünya baxışlarından, yeni davranışlarından, qənaət?illik rejimindən qaynaqlanır. İstehlakçıları izafi çörək almamağa, onu tullantıya çevirməyə qarşı ciddi mübarizə aparmağa çağırıram”, - deyə E.Hüseynov çağırışla çıxış edib.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

