Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatı bərpa edilir
31.08.2022 [14:48]
Avqustun 26-da Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup həmin tarixdən Laçın şəhərində işlərə başlayıb.
Bu barədə qurumdan bildirilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə hərbi və mülki təyinatlı obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə ilkin olaraq su mənbəyi, magistral su kəməri və digər hidrotexniki qurğularda təftiş işləri aparılıb. Məlum olub ki, Laçın şəhərini içməli su ilə təmin edən subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb. Eyni zamanda magistral kəmər bir neçə nöqtədə qəsdən dağıdılıb, bir nöqtədə kəmərin içərisinə böyük bir ağac kötüyü yerləşdirilib.
Bakıdan, 5 və 7 saylı regional sukanal idarələrindən Laçına ezam olunmuş mütəxəssislərin gərgin fəaliyyəti nəticəsində avqustun 31-də alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun gətirilməsi təmin edilib. Laçın şəhərində xidməti vəzifələrini yerinə yetirən, eləcə də təmir-bərpa işlərinə cəlb olunmuş şəxsi heyəti su ilə təmin etmək üçün sudoldurucu qüllə quraşıdırılıb, su təminatı əraziyə cəlb olunmuş 3 ədəd sudaşıyan maşınla aparılır.
Hazırda “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup Laçın şəhərinin içməli su təchizatı sistemlərinin təftişi və bərpası istiqamətində təxirəsalınmaz tədbirləri davam etdirir.
Xatırladaq ki, 2021 və 2022-ci illərdə Təxirəsalınmaz tədbirlər çərçivəsində “Azərsu” ASC tərəfindən Laçın rayonu ərazisində müxtəlif diametrli borularla ümumilikdə 13 km uzunluğunda su xətləri çəkilib, ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda, zərurət yarandıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Ötən müddətdə Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna da xidmət göstərilib.
Qeyd edək ki, “Azərsu” ASC-nin hazırda Kəlbəcər və Zəngilan rayonlarında, Şuşa şəhərində və Hadrut qəsəbəsində fasiləsiz xidməti təmin edən sahələri fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxSosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19

